Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana investisiya qoyuluşu 9% azalıb

Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8 faiz azalıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana investisiya qoyuluşu 9% azalıb

2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560,2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilmişdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8,0 faiz azalmışdır.

İstifadə olunmuş vəsaitin 6 milyard 407,2 milyon manatı və ya 67,0 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 425,8 milyon manatı (25,4 faizi) xidmət sahələrinə, 727,2 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6303,6 milyon manatını və ya 65,9 faizini daxili vəsaitlər təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 388,8 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, bank kreditləri isə 6,3 faiz təşkil etmişdir.

investyisiya qoyuluş
15.10.2021 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ