Azərbaycanın iri bankı 135 milyon manatdan çox xalis mənfəət açıqladı
“Kapital Bank” ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 135 milyon 181 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 245 milyon 650 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması əməliyyat mənfəətinin bir hissəsinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırılması ilə əlaqədardır. Bu il Kapital Bankın müştərilərə verdiyi kredirlər, gəlirləri və əməliyyat mənfəəti artıb.
Marja Banın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında Kapital Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri)559 milyon 199min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri)286 milyon 347min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 272 milyon 852 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 95 milyon 923 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 36 milyon 744 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2020-ci ilin 9 ayında Kapital Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 480 milyon 124 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri)229 milyon 262 min manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən Bankın 250 milyon 862 min manat əməliyyat mənfəəti yaranmışdı. Eyni zamanda, məqsədli ehtiyatdan azad olmuş 41 milyon 264 min manat mənfəətə əlavə olmuş və 292 milyon 127 min manata yüksəlmişdi. Kapital Bank 46 milyon 477 min manat mənfəət vergisi ödədiyindən ötən ilin 9 ayını 245 milyon 650 min manat xalis mənfəət ilə başa vurmuşdu.
GƏLİRLƏRİ ARTIB
2021-ci ilin yanvar-sentyabr dövründə Kapital Bankın faiz gəlirləri 21 milyon 558 min manat artaraq 347 milyon 661 min manat, qeyri-faiz gəlirləri isə 57 milyon 517 min manat artaraq 211 milyon 538 min manat təşkil edib. 2020-ci ilin yanvar-sentyabr dövründə Kapital Bankın faiz gəlirləri 326 milyon 103 min manat, qeyri-faiz gəlirləri 154 milyon 21 min manat təşkil etmişdi.
2021-ci ilin yanvar-sentyabr dövründə Kapital Bankın faiz xərcləri 12 milyon 623 min manat artaraq 49 milyon 558 min manat, qeyri-faiz xərcləri isə 44 milyon 462 manat artaraq 236 milyon 789 min manat təşkil edib. 2020-ci ilin yanvar-sentyabr dövründə Kapital Bankın faiz xərcləri 36 milyon 935 min manat, qeyri-faiz xərcləri 192 milyon 327 min manat təşkil etmişdi.
Cəmi gəlirlərin 79 milyon 75 min manat artmasına qarşılır cəmi xərclər 57 milyon 85 min manat artıb. Nəticədə əməliyyat mənfəəti 21 milyon 990 min manat çox olub.
AKTİVLƏRİ 6 MİLYARD MANATA YAXINLAŞIB
2020-ci ilin 9 ayının yekunu ilə müqayisədə Kapital Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 261 milyon 694 min manat və ya 11,8% artaraq 2 milyard 472 milyon 3 min manata, qiymətli kağızlara investisiyalar isə 393 milyon 711 milyon manat və ya 62% artaraq 1 milyard 29 milyon 267 min manata çatıb.
Bankın cəmi aktivləri isə 875 milyon 471 min manat və ya 17,4% artaraq 5 milyard 916 milyon 38 min manata yüksəlib.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN VƏSAİTLƏRİ ARTIB
2020-ci ilin 9 ayının yekunu ilə müqayisədə Kapital Bankda cəmi depozitlər 834 milyon 292 min manat və ya və ya 22,4% artaraq 4 milyard 558 milyon 804 min manata çatıb. Kapital Bankda fiziki şəxslərin depozitləri 271 milyon 338 manat, hüquqi şəxslərin depozitləri isə 562 milyon 953 min manat artıb.
30 Sentyabr 2021-ci il tarixində Kapital Bank 622 milyon 954 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
4 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım


























