“Fokuslanmaq probleminə görə, qısa və lakonik kontentlər daha çox trenddədir” - MÜSAHİBƏ
Anar Əskərov 10 ildən çox təcrübəsi olan Strateji Kommunikasiya üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” şirkətinin və MediaPost TV-nin təsisçisi və CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Marja.az Anar Əskərov ilə müsahibəni təqdim edir.
-Anar bəy, yeni media trendləri hansılardır?
-Dünyada və ölkəmizdə pandemiya ilə əlaqədar baş verən kəskin qapanmalar dövründə bir sıra yeni media trendləri yarandı və inkişaf etdi. Bunlardan ən başlıcası canlı strimlər, onlayn müsahibələr və görüşlərdir. Lokdaun ərzində yaranan yeni davranışlar və məlumatlara olan təlabatın artması medianın idarə olunmasına da ciddi təsir etdi. Yerli onlayn və ənənəvi TV-lərdə hələ də bir çox verilişlərin qonaqları canlı bağlantı ilə efirə qoşulur, fikirlərini paylaşır və ya açıqlamalarını lentə alıb media qurumlarına daha rahat formada göndərirlər. Pandemiyadan öncə hər hansı bir ekspertə video rəyini çəkib redaksiyaya göndərməsini izah edənə qədər mövzu gündəmdən itirdi (gülür). Bu səbəbdən hazırda kontentlərin (mətn, foto, audio) arasında ən çox media trend videodur. Artan təlabatı nəzərə alaraq, bir çox sosial şəbəkə platformalarının alqoritmləri də video kontent yaradıcılarını daha çox dəstəkləyir və onların yaydıqları məlumatları daha geniş kütlələrə çatdırmağa həvəsli olurlar. Sürətlə artan informasiya mühitində insanların diqqət yayınıqlığına təsir edən amillər də artır. Hər saniyə gələn mesajlar, bildirişlər, məlumatlar insanlarda fokuslanmaq problemini artırdığına görə, qısa və lakonik kontentlər daha çox trenddədir. Digər tərəfdən kontentlərin əsas istehlakı mobil telefonlar vasitəsi ilə həyata keçirildiyindən, istifadəçilər daha çox ekranlarının ölçülərinə düzgün formada uyğunlaşdırılan keyfiyyətli video məlumatları izləməyə üstünlük verirlər. Bu səbəbdən TikTok trendlər arasında əsas fenomendir, deyə bilərik. Kontentlərin çoxu 1 dəqiqədən azdır, əksər videolar vertikal və paylaşım üçün rahatdır.
-TikTok-dan danışmışkən. Bir çox insanlar bu sosial platformanı qınayır, bəziləri daha çox gənc nəsil üçün uyğun olduğunu deyir. Sizcə, əslində nə baş verir?
-Müasir dövrdə sosial media trendlərinin sürətlə yayılması, müzakirəsi həmin trendlərə hələ qoşulmayan insanları geridəqalmış kimi hiss etdirə bilir. Müzakirələr, xəbərlər artdıqca əskiklik, geridəqalmışlıq hissi insanları kütləvi formada hansısa trendə və ya sosial mediaya qoşulmağa vadar edir. İnandırma metodologiyasında buna “kütlə təsiri” də deyilir. Ölkəmizdə TikTok istifadəçilərinin yalnız gənclərdən ibarət olması fikri ilə razı deyiləm. Çünki biz MediaPost-un paylaşdığı bir çox xəbərlərin və digər kontentlər ətrafında aparılan müzakirələrin analizindən görürük ki, TikTokda kifayət qədər orta və yaşlı nəsil istifadəçilərimiz var.
-Məqalələrinizin birində qeyd etmişdiniz ki, araşdırmalar insanların alqoritmlərə güvəndiyini göstərir. Sizcə sosial şəbəkələrdə və ya ümumi olaraq rəqəmsal mühitdə alqoritmlərə nə dərəcədə etibar edə bilərik və bu sahədə hansı maarifləndirmə işləri aparılmalıdır?
-Bəli, elə bir araşdırmanı Harvard Business School 2018-ci ildə həyata keçirib və araşdırmada müəyyən edilib ki, insanlar alqoritmlərin təqdim etdiyi rəylərə, məsləhətlərə insan rəylərindən, məsləhətlərindən daha çox güvənirlər və bu güvən getdikcə artmaqdadır. Bilirsiniz, insanlar daima tələsir, hər şeyin onlar üçün tez və rahat formada baş verməsini istəyirlər. İnsanların, xüsusən də gənclərin bu etibarından müxtəlif qurumlar, qüvvələr və ya korporasiyalar sui-istifadə etməməlidir. Hazırda dünyanı narahat edən əsas qlobal problemlərdən biri Qlobal istiləşmədirsə, digəri hibrid müharibələr və ya sosial kibermüharibələrdir. Rəqəmsal müharibələrin və ya hansısa korporativ maraqların qurbanına çevrilməmək üçün mütləq vaxtında və mütəmadi maarifləndirmə işləri aparılmalıdır. Hətta hesab edirəm ki, orta məktəblərdə informatika və ya bu tip fənnlərin dərsliklərinə sosial medianın zərərləri və sosial kibertəhlükəsizlik mövzuları daxil edilməlidir. Həm 44 günlük vətən müharibəsi ərzində, həm də sonrakı dövrdə informasiya savaşı zamanı bizim real nümunələrimiz var. Ölkəmizə qarşı edilən informasiya hücumlarını gənc nəslə əyani formada göstərmək və onları vaxtında məlumatlandırmaq günümüzün vacib mövzusu olmalıdır.
-Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)













