“Turanbank” 9 ayı xalis mənfəət ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
“Turanbank” ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 404 min manat xalis mənfəət ilə başa vurub.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə “Turanbank”ın cəmi əməliyyat gəlirləri 34 milyon 522 min manat, cəmi əməliyyat xərcləri 33 milyon 491 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 31 min manat əməliyyat mənfəəti yaranıb və əməliyyat mənfəətindən 627 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırılıb. Beləliklə, “Turanbank” ASC 2021-ci ilin 9 ayını 404 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr dövründə “Turanbank”ın cəmi əməliyyat gəlirləri 30 milyon 111 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 419 min manat, əməliyyat mənfəəti 1 milyon 692 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 278 min manat ayırdığından həmin dövrü 1 milyon 414 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında "Turanbank"ın faiz gəlirləri 3 milyon 61 min manata artaraq 30 milyon 198 min manata, faiz xərcləri isə 3 milyon 98 min manat artaraq 19 milyon 715 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 1 milyon 350 min manat artaraq 4 milyon 324 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 974 min manat artaraq 13 milyon 776 min manat təşkil edib. Bankın faiz xərclərinin artması depozitlər üzrə ödənilən faizlərin artması, qeyri-faiz xərclərinin artması isə əmək haqqı, ümumi və inzibati xərclərin artması ilə əlaqədardır.
"Turanbank"ın cəmi əməliyyat gəlirlərinin 4 milyon 411 min manat artmasına qarşı, cəmi əməliyyat xərcləri 5 milyon 72 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün əməliyyat mənfəəti 661 min manat az olub.
Beləliklə, "Turanbank"ın xalis mənfəətinin azalması - xərclərinin və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırmasının artması ilə əlaqədardır.
BANK BÖYÜYÜB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayında “Turanbank”ın cəmi aktivləri 119 milyon 546 min manat və ya 21,7% artaraq 671 milyon 282 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 57 milyon 580 min manat və ya 16,4% artaraq 408 milyon 819 min manata, qiymətli kağızlara investisiyalar 3,2 dəfə artaraq 33 milyon 495 min manata çatıb çatıb.
DEPZOTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayında “Turanbank”da cəmi depozitlər 81 miylon 622 min manat və ya 29,1% artaraq 361 milyon 854 min manata qalxıb. O cümlədən, fiziki şəxslərin depozitləri 29 milyon 70 min manat artaarq 242milyon 967 min manata, hüquqi şəxslərin depozitləri 52 milyon 552 min manat artaraq 118 milyon 887 min manata yüksəlib.
MƏCMU KAPİTALI DA ARTIB
30 Sentyabr 2021-ci il tarixində “Turanbank” ASC 91 milyon 660 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2020-ci il tarixində Bank 82 milyon 215 min manat məcmu kapitala malik idi.
Cari ilin 9 ayı ərzində "Turanbank" ASC-nin səhmdar kapitalı 5 milyon manat artaraq 80 milyon 5 min manata yüksəlib.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)










