Azərbaycanın ən böyük özəl bankından 70 milyon manata yaxın xalis mənfəət
Azərbaycanın ən böyük korporativ və özəl bankı olan “PAŞA Bank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8 milyon 53 min manat və ya 14,5% artaraq 69 milyon 285 min manat təşkil edib. Bank 2020-ci ilin 9 ayını 60 milyon 532 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Marja xəbər verir ki, bu, Bankın açıqladığı maliyyə hesabatından məlum olur.
GƏLİRLƏRİ ARTIB
Heabatda qeyd edilib ki, “PAŞA Bank”ın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 35 milyon 983 min manat və ya 22,7% artaraq 194 milyon 336 min manata yüksəlib. Bank 2020-ci ilin 9 ayında 158 milyon 353 min manat faiz gəlirləri əldə etmişdi.
“PAŞA Bank”ın qeyri-faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 721 min manat və ya 35,1% artaraq 91 milyon 43 min manata çatıb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 67 milyon 622 min manat təşkil etmişdi.
“PAŞA Bank”ın faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 7 milyon 947 manat və ya 24,7% artaraq 40 milyon 547 min manata yüksəlib. 2020-ci ilin 9 ayında Bankın faiz xərcləri 32 milyon 175 min manat təşkil etmişdi.
“PAŞA Bank”ın qeyri-faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 209 min manat və ya 22,5% artaraq 126 milyon 292 min manata qalxıb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz xərcləri 103 milyon 83 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Ümumiləşdirsək, “PAŞA Bank”ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 59 milyon 704 min manat artmasına qarşı, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 156 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması əməliyyat mənfəətinin 28 milyon 548 min manat artmasına səbəb olub. Ötən ilin 9 ayında 90 milyon 717 min manat təşkil etmiş əməliyyat mənfəəti bu ilin 9 ayında 119 milyon 689 min manata yüksəlib.
PAŞA Bank 119 milyon 689 min manat əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 32 milyon 36 min manat ayırıb və 18 milyon 869 min manat mənfəət vergisi ödəyib. Beləliklə, Bank 9 ayı 69 milyon 285 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında PAŞA Bank 90 milyon 717 min manat əməliyyat mənfəətindən 9 milyon 216 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış, 20 milyon 969 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 60 milyon 532 min mantat xalis mənfəət ilə başa vurmuşdu. Ehtiyatın yaradılmasına ayırmanın kəskin artması PAŞA Bankın xalis mənfəətinin daha çox artmasına mane olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
“PAŞA Bank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 555 milyon 21 min manat və ya 10% artaraq 6 milyard 68 milyon 42 min manata çatıb. Bank 2020-ci ilin sonunda 5 milyard 513 milyon 21 min manat cəmi aktivlərə malik idi.
“PAŞA Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 239 milyon 986 min manat və ya 10,7% artaraq 2 milyard 335 milyon 20 min manata yüksəlib. Ötən ilin sonunda Bankın kredit portfeli 2 milyard 95 milyon 34 min manat təşkil etmişdi.
PAŞA BANKDA DEPOZİTLƏR ARTIB
“PAŞA Bank”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 513 milyon 486 min manat və ya 12,8% artaraq 4 milyard 528 milyon 247 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 4 milyard 14 milyon 761 min manat cəmi depozitlərə malik idi.
30 Sentyabr 2021-ci il tarixində “PAŞA Bank” 389 milyon 909 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
3 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 14 saat əvvəl
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım


























