İcra başçısı ilə sahibkar arasında torpaq qalmaqalı
İmişli rayon Sərxanlı kənd sakini Elxan Tarverdiyev sözügedən rayonun icra başçısı Vilyam Hacıyevdən şikayətçidir.
“Marja” “Qafqazinfo”ya istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, icra başçısı ona məxsus olan 70 hektar torpağın 45 hektarını əlindən alaraq pambıq əkdirib:
“Mən 2005- ci ildən həmin torpaqdan istifadə edirəm. Mal-qara təsərrüfatı ilə məşğulam. 2015- ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 3 illik müddətə 15 min manat kredit götürmüşəm. Ayda 900 manat borc ödəyirəm. Həmin fermanının tikilməsi üçün bu günə qardaşlarımla birgə 100 min manat pul xərcləmişik. Qalan 25 hektar torpaqda mal-qara saxlamaq mümkün deyil. 2017- ci ildə Nazirlər Kabinetinin qərarında göstərilir ki, istifadədə olan torpaq dövlət ehtiyacına görə alınırsa, sahibkara dəyən ziyan ödənilməlidir, ya da o başqa torpaq sahəsi ilə təmin edilməlidir. Torpaq dövlətə məxsusdur, ancaq icarə müqaviləsi ilə 2020- ci ilə qədər mənim icarəmdədir.
İcra başçısı ilə qəbulda mənə deyib ki, sənə başqa torpaq sahəsi verəcəm. Başqa torpaq sahəsini hardasa bir boş ərazidən verəcək. O mənim nəyimə lazımdır? Bura çəkdiyim 100 minlərlə manat pul və hazırda ödədiyim kreditin taleyi necə olacaq?”.
TORPAQ "GİLAN HOLDİNQ"Ə VERİLİB
Sözügedən şikayətlə bağlı İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə əlaqə saxlanıb. O, bildirib ki, baş nazirin qərarı ilə İmişlidə 125 mülkiyyətçinin torpağının təyinatı dəyişdirilərək “Gilan Holdinq”ə pambıq əkilməsi üçün verilib:
“Həmin sahibkar dəymiş ziyanın ödənilməsini istəyirsə, bilməlidir ki, həmin torpaq dövlətindir. Dövlət mülkiyyətində olan torpağı necə özününküləşdirə bilər? Vətəndaşların hamısına torpaq islahatları aparılanda torpaqlar verilib. Onlar bu torpaqlarda pambıq deyil, taxıl, yonca əkirlər, ya da mal-qara təsərrüfatı ilə məşğul olurlar. Əgər təyinat dəyişdirilibsə, buna mən nə edə bilərəm? “Dövlət torpaqları haqqında” qanuna əsasən əgər torpaq dövlət ehtiyacı üçün lazım olarsa, o zaman həmin torpaqlar vətəndaşdan qeyri-şərtsiz olaraq alınır. Əgər onun şikayəti varsa, mülki qaydada məhkəməyə müraciət etsin”.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 20 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























