Azərbaycanda əksər sahələr üzrə hesablaşmalar nağdsız olacaq
Azərbaycanda əksər sahələr üzrə hesablaşmalar nağdsız aparılacaq.
Bununla bağlı “Nağdsız hesablaşmalar”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Məşğulluq haqqında”, “Sosial sığorta haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Turizm haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “İcbari sığortalar haqqında, “Sığorta fəaliyyəti haqqında”, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrinə və digər sənədlərə dəyişikliklər edilir.
Layihələrə əsasən, müvafiq olaraq qanunların əhatə etdiyi sosial sığorta, sosial müavinətlər, turizm, körpələrin qidalanması ilə bağlı müavinətlər və sair hesablaşmalar yalnız nağdsız qaydaya keçir. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3-cü (Nağdsız qaydada həyata keçirilən hesablaşmalar) maddəsinə əlavə edilən bəndə görə isə, bu cür hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.
©APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























