AtaBank: CDB Bank-ın əməkdaşların 5%-i iş təklifini qəbul etməyib
“Atabank” və “Caspian Development Bank” (“CDB Bank”) ASC-lərin birləşməsindən sonra “CDB Bank”ın təxminən 20 əməkdaşı işsiz qalıb.
Bu barədə bankı tərk etmiş işçilər özləri məlumat veriblər.
Söhbət “CDB Bank”ın İdarə Heyətinin (İH) üzvlərindən, eləcə də struktur bölmələrinin rəhbərlərindən gedir. Onların sözlərinə görə, konsolidasiya prosesi başa çatdıqdan sonra “CDB Bank”ın vəzifəli şəxslərinə “Atabank”da normal iş və maaş təklif olunmayıb, buna görə də onlar bankda qalıb işləməkdənsə, işdən çıxmağa üstünlük veriblər.
Xatırladaq ki, kredit təşkilatlarının birləşməsi ilə bağlı bu il iyunun 1-də keçirilən mətbuat konfrasında “Atabank”ın İH-nin sədri Dəyanət Quliyev konsolidasiyanın ixtisar olmadan həyata keçirildiyini bildirib: “Birləşməyə qədər “Atabank”da 415, “CDB Bank”da isə 100 işçi olub. Hazırda “Atabank”ın işçilərinin sayı 515-dir”.
Məsələyə münasibət bildirən “AtaBank”ın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov isə bildirib ki, “CDB Bank”ın bütün əməkdaşlarına iş təklif olunub:
“Bunların 95%-i iş təklifini qəbul edib, qalan 5% isə qəbul etməyib. Təkcə mənim çalışdığım departamentə 8 nəfər yeni işçi götürülüb”.
Onu da qeyd edək ki, konsolidasiyadan sonra “Atabank”ın nizamnamə kapitalı 120,02 mln. manata çatıb. Bunun 70 mln. manatı “Atabank”ın, 50,02 mln. manatı isə “CDB Bank”ın hesabına təmin edilib.
Hazırda “Atabank”ın dövriyyədə hər birinin nominal dəyəri 20 manat olan 6,001 mln. ədəd səhmi var. Bankın əsas səhmdarı “Synergy Group” MMC-dir.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























