AccessBank BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulan ilk Azərbaycan bankıdır
(®) AccessBank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub (WEPs). BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.
Azərbaycanda hazırda 11 şirkət Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. AccessBank bu prinsiplərə dəstək olan ilk yerli bankdır.
Bankın İdarə Heyətinin sədri Davit Tsiklauri Qadınların Gücləndirilməsi Prinsiplərinin imzaçısı olmaqdan qürur duyduğunu vurğulayır: ”Biz mikromaliyyələşdirmə bankı olaraq kiçik və orta sahibkarlığa diqqət yetiririk və inanırıq ki, biznesdə qadınların bütün səviyyələrdə təmsil olunması ölkənin gələcək inkişafı üçün vacibdir. AccessBank olaraq, uzun müddətdir ki, komandamızda, eləcə də dəstəklədiyimiz kiçik bizneslərdə müxtəliflik və inklüzivliyin tərəfdarıyıq. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmaqdan və bu sahədə ilk bank olmaqdan qürur duyuruq.”
BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bist vurğulayır: ”Bərabərsizliyin azaldılması və heç kimin diqqətdən kənar qalmaması məqsədilə qadınların iqtisadi səlahiyyətləndirilməsi və gender bərabərliyinin təmin edilməsi, həmçinin qadın təşkilatlarının gücləndirilməsi 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə əsasən hamı üçün dayanıqlı inkişafa nail olmağın ilkin şərtlərindən biridir. BMTİP olaraq Azərbaycanda fəaliyyət göstərən şirkətləri QSP-ya qoşularaq iş yerlərində gender bərabərliyini təmin etməyə çağırırıq. İnanırıq ki, özəl şirkətlərlə tərəfdaşlıq şəraitində məqsədimizə nail olacayıq.”
Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir.
Layihənin əsas məqsədi qadınların, xüsusilə də aztəminatlı və sosial cəhətdən diqqət mərkəzindən kənarda qalmış qadınların iqtisadi cəhətdən gücləndirilməsi və qərarların qəbulunda iştiraklarını təmin etməkdir. Layihənin əsas hədəflərindən biri Qlobal Sazişi (UN Global Compact) təbliğ edərək özəl sektorun gender bərabərliyinin təşviqində iştirakını və qadınların ehtiyaclarına həssaslığı artırmaqdır.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



