"Azərbaycanda görmədiyi işləri göstərib, milyard dollarlıq tenderləri udub" - QALMAQAL
Türkiyənin "Bayburt" Şirkətlər Qrupu təqdim etdiyi arayışda Dübəndi Hava Limanını tikintiyini göstərib.Türkiyənin "Bayburt" Şirkətlər Qrupuna verilən 50 milyard dollarlıq iri tenderlər ilə bağlı bağlı qalmaqal yaranıb.
Marja.az Türkiyə mətbuatı (Medyatava) iddia edir ki, şirkət, Türkiyədə tenderdə qalib gəlmək üçün Azərbaycanda görmədiyi işləri göstərib. Halbuki, "Bayburt" şirkətin Azərbaycanda sərmayəsi yoxdur və Türkiyədə tenderləri udmaq üçün istinad etdiyi “işin təhvil verilməsi arayışı” saxtadır.
Medyatava saytı yazır:
"Şirkət Türkiyə Dövlət Satınalma Təşkilatından iş götürərkən, Türkiyə xaricində gördüyü işləri istinad olaraq göstərir. Bu ölkələrdən biri də qardaş ölkə Azərbaycandır. Şirkət metroların, magistral yolların, hava limanlarının və dəniz limanlarının tikintisi üzrə Dövlət Satınalmalar Təşkilatından bir neçə milyard dollarlıq işlər alıb. Və bu layihələri alarkən Azərbaycanda gördüyü işləri başa çatdırdığına dair sənəd (arayış) göstərib. Şirkət tərəfindən göstərilən arayışlar arasında, misal olaraq “Dübəndi Hava Limanının tikinti işləri ilə bağlı 16.03.2011-ci il tarixli və A6/01-061 nömrəli işin başa çatması haqqında arayış” var".
"Bayburt" Qrupunun rəsmi sənədlərdə göstərdiyi Azərbaycanda “Dübəndi Hava Limanı” adlı hava limanının olmadığı üzə çıxıb. Dübəndinin Xəzər sahilində kiçik bir qəsəbə olduğu və burada da hava limanının olmadığı müəyyən edilib.
Şirkətin Azərbaycanda həyata keçirdiyini iddia etdiyi və Dövlət Satınalmalar Təşkilatına “İşin Tamamlanması Arayışı” kimi təqdim etdiyi sənədlər saxtadır. Şirkətin Azərbaycanda hava limanı, metro, körpü, magistral yol tikintisi kimi işlər gördüyünə dair təqdim etdiyi sənədlər həqiqətə uyğun deyil.
Digər tərəfdən, Abdurrahman Şentürkə məxsus "Bayburt Group", 2019-cu ildə internet saytında verdiyi açıqlamada Azərbaycanda gördüyü yol işlərini açıqlayıb.
Açıqlamada deyilir ki, “Qrup şirkətlərimizdən biri olan "Özgün Yapı AŞ" Azərbaycanın əsas yol layihələrindən biri olan Gəncə-Qazax-Gürcüstan İpək Yolunun yenidən qurulması və onun tikintisi ilə bağlı tenderdə layihənin birinci hissəsini qazanıb. 20 noyabr 2018-ci il tarixində "Özgün Yapı AŞ" ilə Azərbaycan Avtomobil Yolları (Azəravtoyol) arasında 120 milyon dollar dəyərində olan layihə üçün müqavilə imzalanıb və işlər 2021-ci ildə başa çatdırılacaq.
Lakin şirkətin tamamlanmış işlər bölməsinə nəzər saldıqda bu işin tamamlandığı görünmür.
Şirkət 2021-ci ildə isə belə bir açıqlama yayıb: "Bayburt Qrup şirkətlərindən biri olan "Agrobay Seracılık", qardaş ölkə Azərbaycana 15 milyon dollarlıq yeni sərmayə üçün ilk imzanı atdı. "Azər Şəkər" şirkəti ilə birgə həyata keçiriləcək layihə ilə min hektar sahədə pivot suvarma sistemləri ilə əkinçilik və heyvandarlıq fəaliyyətləri həyata keçiriləcək".
Lakin bu layihə də, şirkətin tamamlanmış və ya davam edən layihələri arasında yer almır.
Əldə edilən bütün məlumatlara görə, "Bayburt Group"un Azərbaycandakı bütün işləri saxtadır. Şirkət ölkədə hava limanları, dəmir yolları, bəndlər, avtomobil yolları və körpülər tikdiyini deyir, lakin bu işlərlə bağlı nə şirkətin Türkiyədəki internet səhifəsində, nə də Azərbaycan dilində hazırladığı saytda bəhs edilmir.
Əslində azərbaycanca hazırlanan saytda Azərbaycandakı "işlər" yox, Türkiyədə tamamlanmış və davam edən layihələr nümayiş etdirilir.
"Medyatava" saytı bu şirkəti kimin himayə etdiyini və şirkətə qarşı niyə tədbir görülmədiyini soruşur və "Bayburt" Qrupu ilə bağlı həm Dövlət Satınalmaları İdarəsindən, həm də Nəqliyyat və İnfrastruktur Nazirliyindən izahat gözləyir və prokurorluğu işə başlamaq üçün tədbir görməyə çağırır".
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirlər 8 dəfədən çox azalıb
-
-
1 saat əvvəl
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
-
2 saat əvvəl
“28 May”–“Nizami” bağlanır - 6 yeni ekspres marşrut işə salındı
-
3 saat əvvəl
BYD, tanınmış mütəxəssis Vasif Əliyevi Qafqaz üzrə satış direktoru təyin etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
SOCAR-ın xalis mənfəəti yerində sayıb
“28 May”–“Nizami” bağlanır - 6 yeni ekspres marşrut işə salındı
Ən çox oxunanlar
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Sənaye parkında yeni şirkət - 27,5 milyon manat yatıracaq, burger və hot-doq üçün bulka istehsal edəcək
Azərbaycan neftinin son qiyməti
Aqrar sığortada yarım milyard manata yaxın təminat
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək





















