2023-cü ilin may ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
İclasın gündəliyinə 5 məsələ - “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri daxil edilib.
İclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsinin 2012-ci ildə qəbul edildiyini, sənədin hazırlanması zamanı bu sahədə mütərəqqi beynəlxalq təcrübədən istifadə olunduğunu bildirib. Məcəllədə əks olunan vacib normalardan birinin tikinti ilə bağlı məlumatlandırma icraatının olduğunu deyib. O, son illər ölkədə həyata keçirilən idarəetmə və kadr islahatlarının şəhərsalma sahəsini də əhatə etdiyini, bu sahədə şəffaflığın artırılmasının, tikinti fəaliyyətində elektron informasiya texnologiyalarının tətbiqinin müsbət nəticələr verdiyini söyləyib. Ölkə Prezidentinin 12 avqust 2021-ci il tarixli fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradıldığını, hazırda işğaldan azad edilmiş torpaqların ərazi planlaşdırılması sənədlərinin hazırlandığını qeyd edib.
Komitə sədri diqqətə çatdırıb ki, bu günədək Şəhərsalma və Tikinti Məcəlləsinə bir neçə dəfə dəyişikliklər edilib. Prezident tərəfindən təqdim olunmuş bu əlavə və dəyişikliklər müstəsna əhəmiyyət kəsb edir. Sənəddə təklif olunur ki, tikintisi bu Məcəllənin tələblərinə uyğun aparılmamasına baxmayaraq, 2023-cü ilin may ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilsin və təhlükəsizlik tədbirləri də nəzərə alınsın. O, qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq.
Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi tikinti obyektlərinin istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək zərurəti nəzərə alınaraq hazırlanıb. Sənəd ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinə, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti çərçivəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.
Komitə sədri İnzibati Xətalar və Cinayət məcəllələrinə təklif olunan əlavə və dəyişikliklərdə isə şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə yeni məsuliyyət növlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, sənədlərdə təklif olunan dəyişikliklərin, eyni zamanda, iqtisadi səmərəsinin də olduğunu, ümumilikdə isə Azərbaycanda inşaat sektorunun Ümumi Daxili Məhsulun böyük bir hissəsini təşkil etdiyini deyib. Qeyd edib ki, bu istiqamətdə həm dövlət tərəfindən, həm də sahibkarlar tərəfindən görülən işlərdə fəallıq müşahidə olunur. O, bu sahədə sənədləşmə ilə bağlı bəzi problemlərin olduğunu və məsələnin həlli ilə bağlı müvafiq addımların atıldığı söyləyib.
Komitə sədri layihələrdə təklif olunan dəyişikliklərin kommersiya obyektlərini əhatə edəcəyini, onların sənədləşdirilməsinin və bununla bağlı prosedurların sürətləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, iqtisadi baxımdan daşınmaz əmlakın dövriyyədə olması vergilərin toplanmasına, eyni zamanda vətəndaşların maliyyə əlçatanlığının artırılmasına imkan yaradacaq. Diqqətə çatdırılıb ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan düzəlişdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin əlavə edilməsi təklif olunur. Qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb.
Müzakirələrin sonunda gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
























