Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarını təbii qarşılayır
Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Beynəlxalq Valyuta Fondunun (BVF) cari ilin iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı məktubu aldıqlarını təsdiqləyib və Fondun bu qərarını təbii qarşıladıqlarını bildirib.
Bu barədə Marja-ya Mayis Piriyev məlumat verib.
Beləki, 1992-ci ildən BVF-yə üzv qəbul edilən Azərbaycan 1993-2001-ci illlərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə BVF-nun ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib.
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, BVF-nun əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə BVF-dan kredit cəlb etmişdir, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarmışdır.
“Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ümumi daxili məhsulun (ÜDM) əhəmiyyətli artımı, neft gəlirlərinin idarə edilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması, dövlətin xarici borc öhdəliklərini dəfələrlə üstələyən xarici valyuta ehtiyyatlarının formalaşdırılması nəzərə alınaraq 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Fondla əməkdaşlığı yalnız illik məsləhətləşmələr formatında və bəzi texniki yardımların alınmasından ibarət olub. Müvafiq olaraq, bu müddət ərzində BVF öz Bakı ofisini kiçildmişdir və faktiki olaraq bir nəfər əlaqələndirici şəxslə təmsil olunurdu. Maliyyə Nazirliyi də hesab edir ki, Fondun yerli ofisinin bağlanması məntiqli bir addımdır və bir növ ölkəmizin maliyyə dayanıqlığı baxımından başqa – daha yüksək çəki kateqoriyasına irəliləməsinin və iqtisadi reytinqinin artmasının göstəricisi sayıla bilər”, deyə M.Piriyev qeyd edib.
Həmçinin oxu
"BVF iyunun sonunda Bakı ofisini bağlayacaq"Maliyyə Nazirliyinə ünvanlanan məktubda Fond özü də bu qərarını məhz Azərbaycanın hazırda dayanıqlı iqtisadiyyata və böyükhəcmli maliyyə ehtiyatlarına malik olması imkanları prizmasından baxaraq ölkəmizlə gələcəkdə proqram xarakterli əməkdaşlığa və ofisin fəaliyyətinə ehtiyacın qalmaması ilə izah edib.
Bakıda Fondun yerli ofisinin olmaması şəraitində texniki dəstək çərçivəsində olan əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edən M.Piriyev əlavə edib ki, Qazaxıstanın Almatı şəhərində yeni təsis edilmiş BVF-nun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə Azərbaycan Respublikası tərəfindən maliyyə dəstəyinin göstərilməsi qərara alınıb. Artıq Azərbaycan Respublikasının bir sıra dövlət qurumları bu Mərkəzin fəaliyyətindən, təlim və texniki ekspertizalarından faydalanmaq üçün maraq göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ölmüş heyvanların utilizasiyası üçün xüsusi müəssisələr yaradıla bilər
-
11 saat əvvəl
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
-
12 saat əvvəl
Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub
-
12 saat əvvəl
Biznesə göstərilən dövlət xidmətlərinin bir hissəsi özəl sektora veriləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Çinin tikinti nəhəngi “Sea Breeze” ilə əl sıxdı
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
Ən çox oxunanlar
“KollektA” şirkətinin səhmlərinə abunə yazılışı başlayır
Huawei Azərbaycanda regional rəqəmsal mərkəz yarada bilər
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Azərbaycanda əhalinin nə yediyinə dair məlumat bazası yaradılacaq
Azərbaycanda dietoloqlar qeydiyyata alınacaq - nəzarət gücləndirilir
Azərbaycan yumurtası üçün yeni ixrac bazarları açılacaq




























