Ərdoğanın əksinə qərar verən "Möhtəşəm Türk qızı" - ƏRDOĞANIN GÖZÜNÜN DÜŞMƏNİ OLAN FAİZLƏRİ ARTRDI
Ərdoğan yüksək faizlərə düşmən kimi baxır və daha yumşaq pul siyasətini müdafiə edir. Mərkəzi Bankın sədri isə əksini düşünür. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankınən ilk qadın sədri dünən faizləri artıraraq Ərdoğanın uzün müddətdir apardığı siyasətə son qoyub.Dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini (əsas faiz dərəcəsini) 6,50 faiz bəndi (650 bənd) artıraraq 8,50%-dən 15%-ə yüksəltdi. Marja.az-ın məlumatına görə, bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiə etdiyi siyasətə ziddir. Belə ki, Ərdoğana görə, yüksək faizlər yüksək inflyasiya deməkdir. Yəni o, "aşağı faiz, aşağı inflyasiya" nəzəriyyəsinə inanır. Buna görə, indiyədək Ərdoğan Mərkəzi Banka təzyiq göstərərək faizləri aşağı salınmasına nail olurdu. Bunun da nəticəsində Türkiyədə yüksək inflyasiya baş vermiş, Türk Lirəsi kəskin dəyər itirmişdir.
Qəbul edilmiş iqtisadi qanuna görə, yüksək inflyasiya zamanı mərkəzi bank faizlərini yüksəldərək məcmu tələbi azaltmalı və inflyasiyanı aşağı salmalıdır.
Ərdoğanın ortadoksal (qeyri-ənənəvi, qaydalara uyğun olmayan) siyasəti tənqid olunurdu. Ölkədə inflyasiyanı aşağı salmaq və Lirəyə təzyiqi azaltmaq üçün Mərkəzi Bankın kəskin faiz artırması çağırışları edilirdi. Xarici maliyyə qurumları Türkiyədə inflyasiyanı azaltmaq üçün uçot dərəcəsinin 40%-ə yüksəldilməsi lazım olduğunu bildirirlər.
Türkiyədə Mehmet Şimşəkin maliyyə naziri və Hafize Gaye Erkanın Mərkəzi Bankın sədri təyin edildikdən sonra bazarlarda ortodoks (ənənəvi) siyasətlərə dönüşün olacağı gözlənilirdi.
Ərdoğan müdafiə etdiyi siyasətin effektsiz olduğunu başa düşmüş ola bilər. Ən azı o, əks fikirdə olanlar ilə razılaşıb və faizin artırılmasına "xeyirli olsun" deyib.
Bir neçə gün öncə Ərdoğan verdiyi açıqlamasında, “Xəzinə və maliyyə nazirimizin hazırkı düşüncəsi baxımından, biz onun Mərkəzi Bankla birlikdə addımlar atmasını qəbul edirik. “Xeyirli olsun” dedik və bununla da inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək əzmində olduğumuzu bəyan etdik”, - deyib. Həmçinin Ərdoğan əlavə etmişdi ki, "xeyirli olsun" desə də, "aşağı faiz aşağı inflyasiya deməkdir" fikirini dəyişməyib. “Bəzi dostlar “Prezident faiz siyasətində ciddi dəyişiklik edir” düşünməsinlər. Mən bu məsələdə eyni fikirdəyəm", - Ərdoğan əlavə etmişdi.
Hafize Gaye Erkan ABŞ-da özəl maliyyə sektorunda yüksək vəzifələrdə işləyib və bir çox uğurlu işlər görüb. O, ABŞ-da "Möhdəşəm türk qızı" kimi tanınıb.
HƏMÇİNİN OXU: Türkiyənin danışdığı ABŞ-dan gələn "Möhtəşəm türk qızı"
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) əsas faiz dərəcəsini 6,50 faiz bənd artıraraq 15%-ə yüksəltməsi müsbət addım kimi qiymətləndirilsə də, iqtisadçıların və bazarlrın gözləntilərindən aşağı olub. İqtisadçılar lirəni dəstəkləmək və bazar etibarını bərpa etmək üçün faiz dərəcəsinin ilk mərhələdə 25%-ə qaldırılacağını gözləyirdilər.
Mərkəzi Bank bəyanatında faiz dərəcələrinin daha da artırılacağına işarə edib.
"Türkiyənin inflyasiya problemini həll etmək üçün qarşıdakı iclaslarda daha çox faiz artımına ehtiyac var.
Dünən uçot dərəcəsinin artırılması Hafize Gaye Erkanın rəhbərliyi altında yeni pul siyasəti dövrünün başladığını göstərir. Yeni mərkəzi bank sədri kimi Erkan prezident Ərdoğan tərəfindən daha rasional pul siyasəti yürütmək və yüksək inflyasiyaya nəzarət etmək üçün təyin edilib. Ərdoğan əvvəllər yüksək faizlərə düşmən kimi baxırdı və daha yumşaq pul siyasətini müdafiə edirdi.
Mərkəzi Bankın qərarı müxtəlif çevrələrdə müzakirələrə səbəb olub. Bəzi iqtisadçılar bu addımı investorların etibarını bərpa etmək və inflyasiyanı azaltmaq üçün zəruri addım kimi qiymətləndirirlər.
Digərləri bu qərarı ölkənin iqtisadi problemlərinin həlli üçün qeyri-kafi hesab edir və faiz dərəcələrinin daha güclü artırılmasının lazım olduğunu bildirirlər.
Yüksək inflyasiya və zəif lirə Türkiyə iqtisadiyyatı üçün böyük problemlər yaratmağa davam edir. Qiymətlərin artması istehlakçılara və biznesə təzyiq göstərərək onların alıcılıq qabiliyyətini aşağı salır. Bundan əlavə, valyutanın zəif olması mal idxalını çətinləşdirir və ölkənin borc yükünü artırır.
Faiz qərarından sonra Lirənin sürətlə ucuzlaşması müşahidə olunur.
Mərkəzi Bankın 650 bəndlik faiz artırmasından sonra onsuz da ağır təzyiq altında olan türk lirəsindəki ucuzlaşma davam edib. Valyuta avro və dollar qarşısında yeni rekord həddə çataraq investorları və iqtisadçıları narahat edib.
Mərkəzi Bankın faiz qərarından əvvəl 23.49-a kimi düşən dollar/TL məzənnəsi qərardan sonra 24.60-ı keçərək rekord qırıb. Qərardan əvvəl 25,71-ə kimi düşən Avro/TL, qərardan sonra 27-ni keçib.
Bu gecə Dollar Türk lirəsi qarşısında 2%-ə yaxın da dəyər qazanaraq 25,48 səviyyəsini keçərək yeni rekord həddi görüb. Avro isə 27,88 lirə səviyyəsini keçib.
Mərkəzi Bankın faiz qərarından sonra Lirə Dollar qarşısında 8,5% ucuzlaşıb.
Qeyd edək ki, Prezident seçkisindən öncə Türkiyədə Dolların qiyməti 19 lirə səviyyələrində idi. Ötən bir aydan az müddətdə Türk Lirəsi Dollar qarşısında 30%-dən çox dəyər itirirb.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
5 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
5 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
6 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
6 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)













