Muzeylər kafe və restoran biznesindən pul qazanacaqlar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) muzeylərinin hansı sahibkarlıq fəaliyyət növləri ilə məşğul ola biləcəyi açıqlanıb.
Yeni təsdiqlənmiş "Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin sahibkarlıq fəaliyyətini həyata keçirməsi qaydası"na əsasən, muzeylər fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə 16 ödənişli xidmət üzrə sahibkarlıq fəaliyyəti həyata keçirəcəklər.
Həmin xidmətlər pullu giriş, ekskursiya xidməti, muzeylər tərəfindən sifarişlərə əsasən foto və videoçəkilişlərin aparılması, fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması, tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi, şəxsi əşyaların bərpası, fondlardakı materiallar haqqında sorğulara izahların hazırlanması, konsert, yubiley, bayram və digər kütləvi tədbirlərin keçirilməsi, sərgi-yarmarkaların təşkili, hərraclar, suvenirlərin satışı üzrə mağazaların fəaliyyəti, xüsusi tədris kurslarının, təlim, treninq və ustad dərslərinin təşkili, kafe, restoran fəaliyyəti, mühazirələrin oxunması və elmi seminarların keçirilməsi, dərnəklərin və məşğələlərin təşkili, mətbəə məhsullarını hazırlamaq, nəşr etmək və satmaq, xronikal və bədii sujetlərin, filmlərin hazırlanması və tirajlanmasıdır.
OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIĞI MAĞAZALAR
Qayda ilə pullu giriş və fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması xidmətlərinin xidmət haqları da müəyyən edilib.
Tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi və xronikal və bədii sujetlərin, filmlərin hazırlanması və tirajlanması xidmətlərinin göstərilməsi üzrə nəzərdə tutulmuş fəaliyyət növlərinə görə haqlar isə muzeylərlə fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələr əsasında müəyyən ediləcək.
Trend pullu giriş və fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması xidmətləri üzrə müəyyən edilmiş xidmət haqlarını tədqim edir:
MUZEYLƏRİN HƏYATA KEÇİRDİYİ SAHİBKARLIQ FƏALİYYƏTİ NÖVLƏRİ VƏ QİYMƏTLƏRİ
Pullu giriş | |
7 yaşdan 18 yaşadək şəxslər üçün | 3,00 AZN |
18 yaşından yuxarı şəxslər üçün | 5,00 AZN |
Qeyd: Şəhid ailəsinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına və 70 yaşından yuxarı vətəndaşlar üçün giriş pulsuzdur. | |
Ekskursiya xidməti | |
7 yaşdan 18 yaşadək şəxslər üçün | 1,00 AZN |
18 yaşından yuxarı şəxslər üçün | 2,00 AZN |
Muzeylər tərəfindən sifarişlərə əsasən foto və videoçəkilişlərin aparılması | |
Foto şəkillərin çəkilməsi | 20 AZN |
Video çəkilişlərin aparılması | 40 AZN |
Fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması və qiymətləri | |
Sənədlərin surətlərinin çıxarılması: A4 formatlı 1səh. | 0,04 AZN |
Skanlama: A4 formatlı 1səh. | 0,05 AZN |
Skanlanmış sənədin diskə köçürülməsi | 0,40 AZN |
Şəkillərin surətlərinin çıxarılması | 0,60 AZN |
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















