Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycana gələn çinli turistlərin sayı 28% artıb – 9 ayda 52 mindən çox səfər2026-cı ilin sentyabr ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 28% artaraq 11 min 49 nəfərə çatıb.
Marja.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycana 52 min 115 Çin vətəndaşı səfər edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artım deməkdir.
Beləliklə, sentyabr ayında Çindən Azərbaycana səfərlərin artım tempi ilin ilk doqquz ayı üzrə qeydə alınan ümumi artım tempini əhəmiyyətli dərəcədə üstələyib.
Çinli turistlərin Azərbaycana marağının artması fonunda ölkənin turizm imkanlarının Çin bazarında tanıdılması istiqamətində tədbirlər davam etdirilir.
Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki nümayəndəlik ofisi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Çinin paytaxtında təqdimat keçirilib.
Tədbirdə Pekində fəaliyyət göstərən 10-dan çox aparıcı turizm agentliyinin nümayəndələrinə Azərbaycanın qış turizmi imkanları barədə məlumat verilib.
Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin təklif etdiyi qış turizmi xidmətlərinin çinli turistlər üçün hazırlanacaq səyahət proqramlarına daxil edilməsi imkanları müzakirə olunub.
Həmçinin “Şahdağ” Turizm Mərkəzinin Azərbaycan üzrə mövcud turizm marşrutlarına inteqrasiyasının səyahət proqramlarının zənginləşdirilməsinə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.
Görüş çərçivəsində Azərbaycan və Çin turizm agentlikləri arasında işgüzar əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycanın müxtəlif turizm istiqamətlərinin Çin bazarında təşviqi məsələləri nəzərdən keçirilib.
Təqdimatın məqsədi Azərbaycana Çin bazarından turist axınının artırılması və ölkənin qış turizmi imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
39 d. əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
2 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
3 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
3 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO























