Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq

AZAL üç il sonrakı sərnişindaşıma hədəfinə vaxtından əvvəl nail olub. AZAL 35 mindən çox reyslə 4 milyondan çox sərnişin daşıyıb. Azərbaycanın hava limanları 8,6 milyon sərnişinə xidmət göstərib – YENİ HESABAT.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, şirkətin üç əsas fəaliyyət istiqamətini – sərnişin aviaşirkətini, hava limanlarını və aeronaviqasiya xidmətlərini əhatə edən hesabatda əməliyyat göstəricilərinin artması, emissiyaların azaldılması, infrastrukturun müasirləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması üzrə əldə olunan nəticələr, eləcə də dayanıqlı inkişaf prioritetləri əks olunub.

Reklam_3_11

2025-ci ildə milli aviadaşıyıcı 55 istiqamət üzrə 35 mindən çox reys yerinə yetirərək 4 milyondan çox sərnişin daşıyıb. Beləliklə, 2028-ci il üçün planlaşdırılan sərnişindaşıma həcminə artıq hesabat ilində nail olunub. Onlayn satışların ümumi satışlarda payı 30 faiz olub. Xidmətlərin rəqəmsallaşdırılması çərçivəsində sərnişinlərə “AZAL Upgrade”, biletlərin onlayn dəyişdirilməsi və bir sıra digər rəqəmsal həllər təqdim olunub.

Aviaşirkət ekoloji, sosial və korporativ idarəetmə (“ESG”) strategiyasının hazırlanmasını yekunlaşdırıb və 2050-ci ilədək xalis sıfır və ya sıfıra yaxın emissiya səviyyəsinə keçid planını hazırlayıb. Hesablamalara görə, Avropa İttifaqı ölkələrindən yerinə yetirilən reyslərdə tərkibində 2% dayanıqlı aviasiya yanacağı (SAF) olan qarışığın istifadəsi CO₂ emissiyalarını təxminən 800 ton azaldıb. 2025-ci ildə donanmaya qoşulan iki yeni “Airbus A320neo” təyyarəsi isə baza göstəriciləri ilə müqayisədə emissiyaları təxminən 9,2 min ton azaltmağa imkan verib.

2025-ci ilin may ayında “Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (“IATA”) Aviasiya Enerji Forumuna ev sahibliyi edib. Cənubi Qafqaz və Xəzər regionunda ilk dəfə keçirilən forum 60-dan çox ölkədən 700-dən artıq nümayəndəni bir araya gətirib. Forum çərçivəsində aviaşirkət “IATA”nın “CO₂ Connect” və “İnteqrasiya Olunmuş Dayanıqlılıq” proqramlarına qatılıb, həmçinin “Ətraf Mühitin Qiymətləndirilməsi” (“IEnvA”) proqramında iştirak edəcəyini açıqlayıb.

Hesabat dövründə Azərbaycanın hava limanları şəbəkəsi 8,6 milyon sərnişinə xidmət göstərib. Bunun 7,64 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da aeroportun tarixində ən yüksək illik sərnişin göstəricisidir. İl ərzində aeroportda 59 min qalxma və enmə əməliyyatı qeydə alınıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə regionların hava nəqliyyatına çıxış imkanlarını genişləndirib.

Sərnişin axınının artması ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunda birbaşa istixana qazı emissiyaları (“Scope 1”) 33,3 faiz, alınan enerji ilə bağlı dolayı emissiyalar (“Scope 2”) isə 21,2 faiz azalıb. Aeroport Xəzər regionu və Mərkəzi Asiyada beynəlxalq “Airport Carbon Accreditation” (“ACA”) proqramının üçüncü səviyyəsinə yüksələn ilk hava limanı olub. Bu səviyyə karbon emissiyalarının sistemli idarə olunmasını və aeroport tərəfdaşlarının emissiyaların azaldılması prosesinə cəlb edilməsini nəzərdə tutur.

Hesabat ilində “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) xidmət göstərdiyi uçuşların sayı 10,5 faiz artaraq 342 167-yə, tranzit uçuşların sayı isə 13,9 faiz artaraq 261 085-ə çatıb. Hava məkanının ötürmə qabiliyyəti saatda 120 uçuşa yüksəlib, bir uçuşa düşən emissiya isə 18,2 faiz azalıb.

AZANS “ICAO” standartlarına uyğun III kateqoriyalı (“CAT” III) cihazla enmə sistemini tətbiq edib, “CANSO”nun “GreenATM” proqramına qoşulub və Azərbaycanın yeni Milli Hava Məkanı Strategiyasının hazırlanması üzrə “IATA” ilə əməkdaşlığı davam etdirib.

“Dayanıqlılıq strategiyamızın əsas istiqamətlərindən biridir və Avrasiyada təhlükəsiz, qabaqcıl aviasiya ekosisteminə çevrilmək hədəfimizin ayrılmaz hissəsidir.”, – deyə QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib.

Hesabatlarla tam şəkildə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

“Azərbaycan Hava Yolları” SAŞ

Heydər Əliyev Beynəlxalq Aeroportu

"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi

AZAL Azərbaycan Hava Yolları Azərbaycan Hava Yolları QSC AZAL 2025 illik hesabatı AZAL dayanıqlılıq hesabatı 2025 AZAL sərnişindaşıma göstəriciləri AZAL 4 milyon sərnişin AZAL 2028 strateji hədəfləri AZCON Holding Samir Rzayev Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı aeroportunda rekord sərnişin sayı Azərbaycanın hava limanları Azərbaycanın hava limanlarının sərnişin dövriyyəsi Azərbaycanın aviasiya sektoru Azərbaycan üzərindən tranzit uçuşlar Azəraeronaviqasiya AZANS Azərbaycanın hava məkanı Azərbaycanın Milli Hava Məkanı Strategiyası AZAL onlayn bilet satışları AZAL Upgrade AZAL Airbus A320neo AZAL ESG strategiyası aviasiyada karbon emissiyalarının azaldılması dayanıqlı aviasiya yanacağı SAF AZAL 2050 xalis sıfır emissiya hədəfi Airport Carbon Accreditation IATA Aviasiya Enerji Forumu Laçın Beynəlxalq Hava Limanı Azərbaycanda hava nəqliyyatının inkişafı AZAL-ın əməliyyat göstəriciləri Azərbaycan aviasiya xəbərləri 2026
26.11.2026 17:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19