Azərbaycan xaricə hansı məhsulları satır? – Əsas ixrac malları üzrə 10 AYIN NƏTİCƏLƏRİ
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 283 milyon 918 min dollar və ya 29% artaraq 27 milyard 920 milyon 734 min ABŞ dollarına çatıb.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ixracında neft və təbii qaz əsas mövqeyini qorusa da, qeyri-neft sektoru üzrə ixracın strukturunda əhəmiyyətli dəyişikliklər baş verib.
NEFT-QAZ MƏHSULLARININ İXRACI 20,9 MİLYARD DOLLARA ÇATIB
2026-cı ilin ilk 10 ayında Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının dəyəri 2 milyard 206 milyon 901 min dollar və ya 11,8% artaraq 20 milyard 855 milyon 903 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycandan 12 milyard 161 milyon 967 min dollar dəyərində 18 milyon 392 min 916 ton xam neft, 7 milyard 932 milyon 85 min dollar dəyərində 20 milyard 654 milyon kubmetr təbii qaz ixrac olunub.
Eyni zamanda, xam neft istisna olmaqla, 661 milyon 181 min dollar dəyərində 896 min 584 ton neft və neft məhsulları ixrac edilib.
Neft koksunun ixracının dəyəri 2025-ci ilin ilk 10 ayındakı 52 milyon 301 min dollardan 95 milyon 228 min dollara yüksəlib. Artım 82,1% təşkil edib.
Neft bitumunun ixracının dəyəri isə 1 milyon 137 min dollardan 4 milyon 716 min dollara yüksələrək 4 dəfədən çox artıb.
Cari ilin ilk 10 ayında Azərbaycanın ümumi ixracının təxminən 74,7%-ni neft-qaz sektoruna daxil olan məhsullar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 86,2% səviyyəsində olmuşdu.
QEYRİ-NEFT İXRACI 7 MİLYARD DOLLARI KEÇİB
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 7 milyard 64 milyon 831 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 2 milyard 987 milyon 815 min dollar olmuşdu. Beləliklə, qeyri-neft sektoru üzrə ixracın dəyəri 4 milyard 77 milyon 16 min dollar və ya 136,5% artıb.
Qeyri-neft sektorunun Azərbaycanın ümumi ixracında payı 13,81%-dən 25,3%-ə yüksəlib.
QIZIL İXRACI 3,8 MİLYARD DOLLAR TƏŞKİL EDİB
Cari ilin ilk 10 ayında Azərbaycandan 3 milyard 832 milyon 495 min dollar dəyərində 26,04 ton işlənməmiş, yarım işlənmiş və ya toz şəklində qızıl ixrac olunub. Qızılın payına Azərbaycanın ümumi ixracının 13,7%-i, qeyri-neft sektoru üzrə ixracının isə 54,2%-i düşüb.
Qızıl ixracı nəzərə alınmadıqda, cari ilin ilk 10 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə digər məhsullarının ixracı 3 milyard 232 milyon 337 min dollar təşkil edib.
Qeyd edək ki, ümumi qeyri-neft ixracı ilə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı fərqli statistik göstəricilərdir.
MEYVƏ-TƏRƏVƏZ İXRACINDAN GƏLİRLƏR ARTIB
2026-cı ilin ilk 10 ayında Azərbaycandan 751 milyon 604 min dollar dəyərində 620 min 580 ton meyvə və tərəvəz ixrac olunub. 2025-ci ilin eyni dövründə 695 milyon 475 min dollar dəyərində 660 min 487 ton meyvə və tərəvəz ixrac edilmişdi.
İllik müqayisədə meyvə-tərəvəz ixracının fiziki həcmi 6% azalsa da, dəyəri 56 milyon 129 min dollar və ya 8,1% artıb.
Meyvə-tərəvəz ixracının ayrı-ayrı məhsulları üzrə fərqli dinamika müşahidə olunub.
Pomidor ixracının dəyəri 20 milyon 709 min dollar və ya 13% artaraq 180 milyon 498 min dollara çatıb. İxrac olunan pomidorun miqdarı 146 min 384 tondan 149 min 128 tona yüksəlib.
Meşə fındığının ixracının dəyəri 15 milyon 583 min dollar və ya 12,5% artaraq 140 milyon 37 min dollar təşkil edib. Bununla yanaşı, ixracın fiziki həcmi 5,5% azalaraq 14 min 576 tona düşüb.
Kartof ixracının dəyəri 5,4% artaraq 29 milyon 735 min dollara, fiziki həcmi isə 9,2% artaraq 77 min 483 tona çatıb.
Alma ixracının dəyəri 12,4% azalaraq 50 milyon 296 min dollara, xurma ixracının dəyəri 22,4% azalaraq 51 milyon 888 min dollara, nar ixracının dəyəri isə 3,1% azalaraq 19 milyon 851 min dollara düşüb.
ŞƏKƏR İXRACI 2,4 DƏFƏ ARTIB
Hesabat dövründə Azərbaycanın şəkər ixracında yüksək artım qeydə alınıb.
2025-ci ilin ilk 10 ayında 51 milyon 363 min dollar dəyərində 71 min 723 ton şəkər ixrac edilmişdisə, cari ilin eyni dövründə 124 milyon 137 min dollar dəyərində 198 min 244 ton şəkər ixrac olunub. Beləliklə, şəkər ixracı fiziki həcm ifadəsində 176,4%, dəyər ifadəsində isə 141,7% artıb.
Çay ixracının dəyəri 12,2% artaraq 6 milyon 118 min dollar, bitki və heyvan mənşəli piylər və yağların ixracının dəyəri 27,1% artaraq 29 milyon 359 min dollar, meyvə-tərəvəzin emal məhsullarının ixracının dəyəri isə 1,7% artaraq 30 milyon 143 min dollar təşkil edib.
SƏNAYE MƏHSULLARININ İXRACI
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın kimya sənayesi məhsullarının ixracının dəyəri 5,1% artaraq 299 milyon 856 min dollara çatıb. Bununla yanaşı, ixrac olunan məhsulların fiziki həcmi 25,8% azalaraq 704 min 754 ton təşkil edib.
Metanol ixracının dəyəri 15,8% artaraq 96 milyon 756 min dollara yüksəlib, azot gübrəsinin ixracının dəyəri isə 6,7% azalaraq 142 milyon 810 min dollara düşüb.
Plastmassa və onlardan hazırlanan məmulatların ixracının dəyəri 35 milyon 663 min dollar və ya 11,2% azalaraq 281 milyon 757 min dollar təşkil edib.
Alüminium və ondan hazırlanan məmulatların ixracının dəyəri isə 68 milyon 700 min dollar və ya 39,2% artaraq 244 milyon 132 min dollara çatıb.
Qara metallar və onlardan hazırlanan məmulatların ixracının dəyəri 17,3% artaraq 89 milyon 417 min dollar təşkil edib.
PAMBIQ İXRACINDAN GƏLİRLƏR ARTIB
2026-cı ilin ilk 10 ayında Azərbaycandan 156 milyon 911 min dollar dəyərində 109 min 693 ton pambıq lifi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə pambıq lifinin ixracının dəyəri 9,6%, fiziki həcmi isə 9,3% artıb.
Pambıq ipliyinin ixracının dəyəri 27 milyon 451 min dollardan 38 milyon 847 min dollara yüksəlib. Artım 41,5% təşkil edib.
ELEKTRİK ENERJİSİ İXRACI KƏSKİN AZALIB
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 18 milyon 428 min dollar dəyərində 358 milyon 581 min kilovat-saat elektrik enerjisi ixrac olunub.
2025-ci ilin eyni dövründə 64 milyon 529 min dollar dəyərində 1 milyard 128 milyon 212 min kilovat-saat elektrik enerjisi ixrac edilmişdi.
İllik müqayisədə elektrik enerjisi ixracının fiziki həcmi 68,2%, dəyəri isə 71,4% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 18 saat sonra
- 6 d. əvvəl
-
16 d. əvvəl
Azərbaycan xaricə hansı məhsulları satır? – Əsas ixrac malları üzrə 10 AYIN NƏTİCƏLƏRİ
-
30 d. əvvəl
Azərbaycanın Ermənistana ixracı 24 milyon dollara yaxınlaşıb
-
45 d. əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid və elektromobillərin idxalında böyük geriləmə
- 49 d. əvvəl
-
1 saat əvvəl
Çin avtomobillərinin Avropada satışları 2 dəfədən çox artıb –YAPON İSTEHSALÇILARINI GERİDƏ QOYUBLAR
-
1 saat əvvəl
Unibank-dan tələbə və məzunlara yeni karyera imkanları – BANM ilə memorandum imzalandı
-
1 saat əvvəl
“Schneider Electric” məhsullarının Azərbaycanda istehsalı imkanları araşdırılacaq - Anlaşma
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan xaricə hansı məhsulları satır? – Əsas ixrac malları üzrə 10 AYIN NƏTİCƏLƏRİ
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid və elektromobillərin idxalında böyük geriləmə
Azərbaycanın ixracı 6,3 milyard dollar artıb, idxalı 4 milyard dollar azalıb - 12,7 MİLYARD DOLLAR MÜSBƏT SALDO
Ən çox oxunanlar
Çin avtomobillərinin Avropada satışları 2 dəfədən çox artıb –YAPON İSTEHSALÇILARINI GERİDƏ QOYUBLAR
Unibank-dan tələbə və məzunlara yeni karyera imkanları – BANM ilə memorandum imzalandı
“Schneider Electric” məhsullarının Azərbaycanda istehsalı imkanları araşdırılacaq - Anlaşma
Ağdamda istehsal olunan məhsul Böyük Britaniyaya ixrac edilib
“Fitch” neft və qaz qiymətlərinin kəskin azalacağını proqnozlaşdırır - neft 65 dollara düşə, qaz iki dəfə ucuzlaşa bilər
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir























