Azərbaycan xaricdən hansı məhsulları alır? – Ərzaq idxalı artıb, nəqliyyat vasitələrinin idxalı azalıb
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan məhsulların ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 957 milyon 224 min dollar və ya 20,6% azalaraq 15 milyard 268 milyon 2 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi idxalı azalsa da, yeyinti məhsulları, maşın və avadanlıqlar, əczaçılıq məhsulları, qara metallar və bir sıra digər məhsulların idxalının dəyəri artıb.
MAŞIN VƏ AVADANLIQLARIN İDXALI 3,5 MİLYARD DOLLARA YAXINLAŞIB
2026-cı ilin ilk 10 ayında Azərbaycanın idxalında ən böyük paya maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri malik olub.
Hesabat dövründə bu kateqoriyaya daxil olan məhsulların idxalının dəyəri 3 milyard 494 milyon 256 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə həmin məhsulların idxalının dəyəri 2 milyard 968 milyon 548 min dollar olmuşdu.
Beləliklə, maşın və avadanlıqların idxalının dəyəri 525 milyon 708 min dollar və ya 17,7% artıb.
Bu məhsulların Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 15,44%-dən 22,9%-ə yüksəlib.
ƏRZAQ İDXALI 214 MİLYON DOLLAR ARTIB
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyard 328 milyon 289 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.
Ötən ilin eyni dövründə yeyinti məhsullarının idxalının dəyəri 2 milyard 114 milyon 305 min dollar təşkil etmişdi.
İllik müqayisədə Azərbaycanın yeyinti məhsulları idxalı 213 milyon 984 min dollar və ya 10,1% artıb.
Yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında payı 11%-dən 15,25%-ə yüksəlib.
BUĞDA İDXALI 1,2 MİLYON TONU KEÇİB
2026-cı ilin ilk 10 ayında Azərbaycana 253 milyon 332 min dollar dəyərində 1 milyon 203 min 526 ton buğda idxal olunub.
2025-ci ilin eyni dövründə ölkəyə 217 milyon 691 min dollar dəyərində 1 milyon 9 min 614 ton buğda gətirilmişdi.
Beləliklə, buğda idxalı fiziki həcm ifadəsində 193 min 912 ton və ya 19,2%, dəyər ifadəsində isə 35 milyon 641 min dollar və ya 16,4% artıb.
Marja.az-ın hesablamalarına görə, idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 215,6 dollardan 210,5 dollara düşüb. Bu isə təxminən 2,4% azalma deməkdir.
ƏT İDXALI 100 MİLYON DOLLARI KEÇİB
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 104 milyon 463 min dollar dəyərində 44 min 61 ton ət idxal edilib.
Ötən ilin eyni dövründə ölkəyə 90 milyon 140 min dollar dəyərində 38 min 556 ton ət gətirilmişdi.
İllik müqayisədə ət idxalının fiziki həcmi 14,3%, dəyəri isə 14 milyon 323 min dollar və ya 15,9% artıb.
SÜD VƏ QAYMAQ İDXALI KƏSKİN ARTIB
Cari ilin ilk 10 ayında Azərbaycana 36 milyon 402 min dollar dəyərində 20 min 1 ton süd və qaymaq idxal edilib.
2025-ci ilin eyni dövründə bu məhsulların idxalı 24 milyon 673 min dollar dəyərində 13 min 695 ton təşkil etmişdi.
Beləliklə, süd və qaymaq idxalı fiziki həcm ifadəsində 46%, dəyər ifadəsində isə 47,5% artıb.
KƏRƏ YAĞI İDXALINA DAHA AZ VƏSAİT SƏRF OLUNUB
2026-cı ilin ilk 10 ayında Azərbaycana 128 milyon 434 min dollar dəyərində 21 min 318 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Ötən ilin eyni dövründə ölkəyə 148 milyon 141 min dollar dəyərində 21 min 509 ton bu kateqoriyadan olan məhsul gətirilmişdi.
İllik müqayisədə idxalın fiziki həcmi cəmi 0,9%, dəyəri isə 13,3% azalıb.
İdxal olunan bu məhsulların bir tonunun orta statistik dəyəri 6 min 887 dollardan 6 min 25 dollara düşüb.
BİTKİ VƏ HEYVAN MƏNŞƏLİ YAĞLARIN İDXALI 27,3% ARTIB
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 256 milyon 553 min dollar dəyərində 160 min 511 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.
2025-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 201 milyon 499 min dollar və 133 min 577 ton təşkil etmişdi.
Beləliklə, idxal fiziki həcm ifadəsində 20,2%, dəyər ifadəsində isə 27,3% artıb.
MEYVƏ-TƏRƏVƏZ İDXALI AZALIB
2026-cı ilin ilk 10 ayında Azərbaycana 244 milyon 214 min dollar dəyərində 260 min 129 ton meyvə və tərəvəz idxal edilib.
Ötən ilin eyni dövründə 244 milyon 700 min dollar dəyərində 299 min 179 ton meyvə və tərəvəz idxal olunmuşdu.
İllik müqayisədə meyvə-tərəvəz idxalının fiziki həcmi 13,1% azalsa da, dəyərində cəmi 0,2% azalma qeydə alınıb.
Çay idxalının dəyəri 4,7% artaraq 74 milyon 637 min dollara, fiziki həcmi isə 8,8% artaraq 12 min 612 tona çatıb.
Düyü idxalının dəyəri 11,7% azalaraq 37 milyon 699 min dollar, qarğıdalı idxalının dəyəri isə 4,2% artaraq 14 milyon 770 min dollar təşkil edib.
DƏRMAN İDXALININ MİQDARI AZALIB, DƏYƏRİ ARTIB
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 447 milyon 506 min dollar dəyərində 12 min 70 ton əczaçılıq məhsulu idxal olunub.
Ötən ilin eyni dövründə ölkəyə 424 milyon 755 min dollar dəyərində 14 min 750 ton əczaçılıq məhsulu gətirilmişdi.
İllik müqayisədə əczaçılıq məhsulları idxalının fiziki həcmi 18,2% azalsa da, dəyəri 22 milyon 752 min dollar və ya 5,4% artıb.
NƏQLİYYAT VASİTƏLƏRİNİN İDXALI 312,6 MİLYON DOLLAR AZALIB
2026-cı ilin ilk 10 ayında Azərbaycana nəqliyyat vasitələri və onların hissələrinin idxalının dəyəri 2 milyard 94 milyon 214 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 2 milyard 406 milyon 828 min dollar olmuşdu.
İllik müqayisədə bu kateqoriyaya daxil olan məhsulların idxalı 312 milyon 613 min dollar və ya 13% azalıb.
QARA METALLARIN İDXALI 1 MİLYARD DOLLARA YAXINLAŞIB
Cari ilin ilk 10 ayında Azərbaycana 985 milyon 472 min dollar dəyərində 802 min 355 ton qara metal və onlardan hazırlanan məmulatlar idxal edilib.
Ötən ilin eyni dövründə bu məhsulların idxalı 923 milyon 755 min dollar dəyərində 768 min 216 ton təşkil etmişdi.
İllik müqayisədə qara metallar və onlardan hazırlanan məmulatların idxalının fiziki həcmi 4,4%, dəyəri isə 6,7% artıb.
Plastmassa və onlardan hazırlanan məmulatların idxalının dəyəri 2,7% artaraq 497 milyon 117 min dollara, oduncaq və ondan hazırlanan məmulatların idxalının dəyəri 7% artaraq 328 milyon 735 min dollara yüksəlib.
GEYİM VƏ MEBEL İDXALI AZALIB
2026-cı ilin ilk 10 ayında Azərbaycana 387 milyon 482 min dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalının dəyəri 2,5% azalıb.
Mebel və onun hissələrinin idxalının dəyəri isə 27 milyon 107 min dollar və ya 22% azalaraq 95 milyon 862 min dollar təşkil edib.
TÜTÜN MƏMULATLARININ İDXALI ARTIB
2026-cı ilin yanvar-oktyabr aylarında tütün və tütün məmulatlarının idxalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon 876 min dollar və ya 15,8% artaraq 123 milyon 525 min dollara çatıb.
Gübrələrin idxalının fiziki həcmi 17,5% azalaraq 121 min 602 ton təşkil etsə də, dəyəri 5,7% artaraq 79 milyon 382 min dollara yüksəlib.
YÜKSƏK TEXNOLOGİYA MƏHSULLARININ İDXALI ARTIB
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 10 ayında Azərbaycana yüksək texnologiya məhsullarının idxalının dəyəri 1 milyard 827 milyon 539 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 351 milyon 106 min dollar olmuşdu.
Beləliklə, yüksək texnologiya məhsullarının idxalının dəyəri 476 milyon 434 min dollar və ya 35,3% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 18 saat sonra
- 16 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycan xaricə hansı məhsulları satır? – Əsas ixrac malları üzrə 10 AYIN NƏTİCƏLƏRİ
-
40 d. əvvəl
Azərbaycanın Ermənistana ixracı 24 milyon dollara yaxınlaşıb
-
55 d. əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid və elektromobillərin idxalında böyük geriləmə
- 59 d. əvvəl
-
1 saat əvvəl
Çin avtomobillərinin Avropada satışları 2 dəfədən çox artıb –YAPON İSTEHSALÇILARINI GERİDƏ QOYUBLAR
-
1 saat əvvəl
Unibank-dan tələbə və məzunlara yeni karyera imkanları – BANM ilə memorandum imzalandı
-
1 saat əvvəl
“Schneider Electric” məhsullarının Azərbaycanda istehsalı imkanları araşdırılacaq - Anlaşma
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycan xaricə hansı məhsulları satır? – Əsas ixrac malları üzrə 10 AYIN NƏTİCƏLƏRİ
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid və elektromobillərin idxalında böyük geriləmə
Azərbaycanın ixracı 6,3 milyard dollar artıb, idxalı 4 milyard dollar azalıb - 12,7 MİLYARD DOLLAR MÜSBƏT SALDO
Ən çox oxunanlar
Çin avtomobillərinin Avropada satışları 2 dəfədən çox artıb –YAPON İSTEHSALÇILARINI GERİDƏ QOYUBLAR
Unibank-dan tələbə və məzunlara yeni karyera imkanları – BANM ilə memorandum imzalandı
“Schneider Electric” məhsullarının Azərbaycanda istehsalı imkanları araşdırılacaq - Anlaşma
Ağdamda istehsal olunan məhsul Böyük Britaniyaya ixrac edilib
“Fitch” neft və qaz qiymətlərinin kəskin azalacağını proqnozlaşdırır - neft 65 dollara düşə, qaz iki dəfə ucuzlaşa bilər
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir























