970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın ixracı 6,3 milyard dollar artıb, idxalı 4 milyard dollar azalıb - 12,7 MİLYARD DOLLAR MÜSBƏT SALDO

Azərbaycan xaricə satdığı malların dəyərini 28 milyard dollara çatdırıb. Azərbaycanın xarici ticarətində müsbət saldo 10,2 milyard dollar artıb. Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard dolları keçib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ixracı 6,3 milyard dollar artıb, idxalı 4 milyard dollar azalıb - 12,7 MİLYARD DOLLAR MÜSBƏT SALDO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın xarici ticarətində müsbət saldo 5,2 dəfə artıb – İxrac artıb, idxal azalıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 188 milyon 736 min ABŞ dolları təşkil edib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 326 milyon 694 min dollar və ya 5,7% artıb. 2025-ci ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 40 milyard 862 milyon 42 min dollar təşkil etmişdi.

İXRAC 29% ARTIB, İDXAL 20,6% AZALIB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac olunan malların dəyəri 6 milyard 283 milyon 918 min dollar və ya 29% artaraq 27 milyard 920 milyon 734 min dollara çatıb. Eyni zamanda, Azərbaycana idxal olunan malların dəyəri 3 milyard 957 milyon 224 min dollar və ya 20,6% azalaraq 15 milyard 268 milyon 2 min dollara düşüb.

Ötən ilin eyni dövründə Azərbaycanın ixracı 21 milyard 636 milyon 817 min dollar, idxalı isə 19 milyard 225 milyon 226 min dollar təşkil etmişdi.

MÜSBƏT TİCARƏT SALDOSU 12,7 MİLYARD DOLLARA ÇATIB

İxracın artması və idxalın azalması nəticəsində Azərbaycanın xarici ticarətində yaranmış müsbət saldo kəskin şəkildə artıb. Belə ki, 2025-ci ilin ilk 10 ayında 2 milyard 411 milyon 591 min dollar təşkil etmiş müsbət ticarət saldosu 2026-cı ilin eyni dövründə 12 milyard 652 milyon 733 min dollara yüksəlib.

İllik müqayisədə Azərbaycanın xarici ticarətində müsbət saldo 10 milyard 241 milyon 142 min dollar və ya 424,7% (5,25 dəfə) artıb.

Cari ilin ilk 10 ayında xarici ticarət dövriyyəsinin 64,65%-ni ixrac, 35,35%-ni isə idxal təşkil edib. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 52,95% və 47,05% olmuşdu. 

QEYRİ-NEFT İXRACI 2,36 DƏFƏ ARTIB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 7 milyard 64 milyon 831 min dollar təşkil edib. Ötən ilin eyni dövründə qeyri-neft ixracının dəyəri 2 milyard 987 milyon 815 min dollar olmuşdu. Beləliklə, Dövlət Gömrük Komitəsinin təsnifatı üzrə qeyri-neft ixracı 4 milyard 77 milyon 16 min dollar və ya 136,5% artıb.

Qeyri-neft sektorunun Azərbaycanın ümumi ixracında payı 13,81%-dən 25,3%-ə yüksəlib.

Qeyri-neft ixracının artmasında qiymətli metalların, xüsusilə qızılın ixracı mühüm rol oynayıb. Belə ki, cari ilin ilk 10 ayında Azərbaycandan 3 milyard 832 milyon 495 min dollar dəyərində 26,04 ton qızıl ixrac edilib.

Eyni zamanda, neft-qaz sektoruna daxil olan malların ixracının dəyəri 2 milyard 206 milyon 901 min dollar və ya 11,8% artaraq 20 milyard 855 milyon 903 min dollara çatıb.

Xam neft ixracının dəyəri 12,1% artaraq 12 milyard 161 milyon 967 min dollara, təbii qaz ixracının dəyəri isə 6,9% artaraq 7 milyard 932 milyon 85 min dollara yüksəlib.

DÖVLƏT SEKTORUNUN İDXALI KƏSKİN AZALIB

2026-cı ilin ilk 10 ayında dövlət sektoru üzrə idxalın dəyəri 4 milyard 493 milyon 961 min dollar və ya 72,5% azalaraq 1 milyard 706 milyon 131 min dollara düşüb.

Özəl sektor üzrə idxalın dəyəri isə əksinə, 1 milyard 3 milyon 819 min dollar və ya 8,9% artaraq 12 milyard 241 milyon 109 min dollara çatıb.

Xarici ticarət iştirakçılarının sayı da azalıb. 2025-ci ilin ilk 10 ayında 63 min 388 olan xarici ticarət iştirakçılarının sayı 2026-cı ilin eyni dövründə 45 min 539-a düşüb. Bu, 28,2% azalma deməkdir.

Azərbaycan xarici ticarət 2026 Azərbaycan xarici ticarət dövriyyəsi Azərbaycan ixracı 2026 Azərbaycan idxalı 2026 Dövlət Gömrük Komitəsi statistikası 2026-cı ilin 10 ayı xarici ticarət xarici ticarət saldosu Azərbaycan müsbət ticarət saldosu Azərbaycan qeyri-neft ixracı Azərbaycan neft ixracı Azərbaycan qaz ixracı Azərbaycan qızıl ixracı dövlət sektorunun idxalı özəl sektorun idxalı Azərbaycan xarici ticarət statistikası Azərbaycan iqtisadiyyatı 2026 Azərbaycan ixrac gəlirləri Azərbaycan gömrük statistikası
26.11.2026 15:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19