Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb

Bakı metrosu və dəmir yolları üçün 652 milyon dollarlıq KREDİT – 2 BÖYÜK LAYİHƏ
AzVak-mobil_resmin_ustu_31
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, regional bağlantıların gücləndirilməsi və şəhərdaxili mobilliyin inkişafına yönəlmiş layihələrin icrası davam edir. Yeni layihələr AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-ni əhatə edir. Beynəlxalq dəmir yolu əlaqələrinin və paytaxtın sərnişindaşıma sisteminin təkmilləşdirilməsini nəzərdə tutan bu layihələr ölkənin logistika potensialının genişləndirilməsinə və dayanıqlı nəqliyyat sisteminin formalaşdırılmasına töhfə verəcək.

Bu çərçivədə ilk növbədə Asiya İnkişaf Bankı (AİB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Biləcəri–Yalama dəmir yolu xətti Şimal-Cənub və Şimal-Qərb Beynəlxalq Nəqliyyat dəhlizlərinin əsas bağlantılarından biridir və Azərbaycanın nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş daha geniş strategiyasını dəstəkləyir.

İşlər tamamlandıqdan sonra yenilənmiş sistemlər bu xətt üzrə elektrik təchizatında sabit cərəyandan daha səmərəli və müasir əməliyyatlar üçün nəzərdə tutulmuş dəyişən cərəyana keçidə imkan verəcək. Bu investisiya vasitəsilə enerji istehlakının azalması, texniki xidmət üzrə xərclərin aşağı düşməsi, qatarların sürətinin artması və istixana qazı emissiyalarının azalması gözlənilir. Layihə həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınlar üçün yeni imkanlar yaradacaq.

AİB, həmçinin AZCON Holding şirkətlərindən olan Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kredit ayrılmasını təsdiq edib. Bu maliyyələşdirmə Azərbaycan paytaxtında metro xidmətlərinin daha təhlükəsiz, etibarlı və səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.

Layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Bakı Metropoliteninin genişləndirilməsi proqramının bir hissəsidir. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib.

Layihələrin həyata keçirilməsi Azərbaycanın regional logistika imkanlarının genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına və əhalinin daha təhlükəsiz, etibarlı və rahat nəqliyyat xidmətlərinə çıxışının yaxşılaşdırılmasına töhfə verəcək.

Asiya İnkişaf Bankı AİB ADB Azərbaycan nəqliyyat infrastrukturu 652 milyon dollar kredit AİB Azərbaycan krediti Azərbaycan Dəmir Yolları ADY Bakı Metropoliteni Bakı metrosu metro infrastrukturunun modernləşdirilməsi Bakı metrosunun genişləndirilməsi metro siqnalizasiya sistemi 302 38 milyon dollar kredit dəmir yollarının modernləşdirilməsi Biləcəri-Yalama dəmir yolu dəmir yolu milyon dollar kredit AZCON Holding Şimal-Cənub Nəqliyyat Dəhlizi Şimal-Qərb Nəqliyyat Dəhlizi dəmir yollarının elektrikləşdirilməsi rəqəmsal nəqliyyat sistemləri dəmir yolu siqnallaşdırılması metroda rəqəmsallaşma nəqliyyat investisiyaları Bakı nəqliyyat sistemi beynəlxalq logistika
16.10.2026 13:21
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19