Tezliklə 1 dollar 100 rubl ola bilər?
Yayın əvvəlindən Rusiya rublu ABŞ dollarına nisbətdə 16%, Avroya qarşı isə 20% ucuzlaşıb. Rubl ardıcıl doqquzuncu aydır ki, qısa fasilələrlə zəifləyir, lakin iyunda ucuzlaşması sürətlənib.
Marja.az xəbər verir ki, "İnqosstrax İnvestisiya İdarəetmə Şirkəti" ilin sonunda baza ssenarisində dolların məzənnəsinin 100 rubldan bir qədər yüksək olacağını gözləyir. Qalan analitiklər dolların 100 rubla çatması ssenarisini hələlik nəzərdən keçirmirlər, lakin bunu da istisna etmirlər.
"Sovcombank" hesab edir ki, həftənin sonuna qədər dollar 93-95 rubl, avro 102-104 rubl diapazonunda qalacaq. Rübün nəticələrinə görə, bank dolların orta məzənnəsini 93 rubl, dördüncü rübdə isə 95 rubl proqnozlaşdırır.
“Alfa Capital” milli valyutanın müəyyən qədər möhkəmlənəcəyini və dolların 80-85 rubla kimi ucuzlaşacağını nəzərdə tutur.
Rusiya Mərkəzi Bankının sonuncu iyul makroiqtisadi sorğusunun iştirakçıları 2023-cü il üçün Dolların məzənnəsi üzrə proqnozu orta hesabla 76,9 rubldan 81,8 rubla qədər pisləşdiriblər.
Hazırda dolların qiyməti 93 rubl səviyyələrindədir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
3 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
5 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
5 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
6 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
6 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























