Azərbaycanın qaz ixracı 7 faiz artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib.
Qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 15,4 milyard kubmetri “Şahdəniz”dən, 0,1 milyard kubmetri “Abşeron”dan, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2023-cü il tarixinədək AÇG-dən 211 milyard kubmetr, “Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə yaxını ixraca nəql edilib.
2023-cü ilin yanvar-iyul ayları üzrə ölkədə 17,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 10,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 milyon ton təşkil edib.
Hesabat dövründə 14,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,2 milyon tonu konsorsium, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2023-cü il tarixinədək 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 577,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib.
2023-cü ilin 7 ayı üzrə ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 3 d. əvvəl
- 19 d. əvvəl
-
21 d. əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
45 d. əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
-
51 d. əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 57 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Ən çox oxunanlar
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Azərbaycanda yaşayış minimumu 14 manat artırılır
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















