Birjalarda son vəziyyət
Ötən həftənin son ticarət günü FED sədri Jerom Pavelin “Jackson Hole” Simpoziumundakı çıxışından sonra dollar indeksində (DXY) artım tendensiyası davam edib və DXY həftəni 104.30 həddində başa vurub.
Sədr Jerom Pavelin sözlərinə görə, mərkəzi bank inflyasiyanın 2%-lik hədəfə doğru getdiyinə əmin olana qədər faiz dərəcələrini artırmağa davam etməyə hazırdır.
Pavel inflyasiyanın pik nöqtəsindən aşağı düşməsini müsbət hal kimi qiymətləndirsə də, - “Qiymətlər hələ çox yüksəkdir" - deyə vurğulayıb.
Analitiklər, Pavelin məlumatlara sadiq qalınacağını vurğulamasının investorları FED-in atacağı növbəti addımları ilə bağlı qərarsız buraxdığını qeyd edərək, FED-in iqtisadiyyatda artıq resessiya gözləmədiyini də xatırladıblar.
Bununla belə, FED-in sentyabr ayında keçiriləcək növbəti iclasında faizləri sabit saxlamaq üçün imkanları var.
"Nə qədər irəli getdiyimizi nəzərə alsaq, növbəti toplantılarda gələn makroiqtisadi göstəriciləri və riskləri qiymətləndirərkən ehtiyatlı və diqqətli davrana biləcək vəziyyətdəyik." - deyə Jerom Pavel bildirib.
Pavel, qiymətlərin yavaşladığını göstərən son müsbət məlumatlara baxmayaraq, qarşıda hələ uzun bir yolun olduğunu söyləyib: - "Gələcək görüşlərdə biz məlumatların məcmusuna, inkişaf edən proseslərə və risklərə əsaslanaraq addımlarımızı qiymətləndirəcəyik. Bu qiymətləndirməyə əsaslanaraq, monetar siyasəti daha da sərtləşdirmək və ya bunun əvəzinə uçot faiz dərəcəsini sabit saxlamaq barədə qərar verərkən ehtiyatlı davranacağıq".
Qeyd edək ki, analitiklər FED-in faiz dərəcələrini indiki 5.25%-5.50% aralığında saxlayacağını proqnozlaşdırmaqda davam edir. İnvestorlar noyabr ayında yeni faiz artımı ehtimalını 43%, FED-in sentyabr iclasında faiz artımına fasilə verəcəyi ehtimalını isə 80% olaraq qiymətləndirirlər.
Analitiklər bildiriblər ki, Pavelin resessiya gözlənilmədiyi və faiz endiriminin hələ də aktuallığını qoruması ilə bağlı açıqlamaları qlobal bazarlarda risk iştahını artırıb.
Ötən həftə Amerikada dərc olunan makroiqtisadi göstəricilərə gəldikdə, ABŞ-da açıqlanan aparıcı Satınalma Menecerləri İndeksinə (PMI) görə, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi iyul ayında 51.0 bəndə, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi proqnozları üstələyərək 47 bəndə qədər geriləyib.
FED rəsmilərinin açıqlamalarını izləyərkən, Filadelfiya FED sədri Patrik Harker hazırda əlavə faiz artımına ehtiyac görmədiyini, FED-in məhdudlaşdırıcı mövqeyinin mövcud durumda davam etdirməsinin lazım olduğunu və hansı qərarın veriləcəyini məlumatların müəyyən edəcəyini bildirib.
Klivlend FED sədri Loretta Mester inflyasiyanın soyuduğuna dair daha çox dəlil görmələri lazım olduğuna diqqət çəkərək, baza inflyasiyanın yüksək olduğu üçün hələ də görüləcək işlərin olduğunu müdafiə edib.
Çikaqo FED sədri Austan Qulsbi, FED-in missiyasının tamamlandığını açıqlamaq üçün hələ tez olduğunu vurğulayaraq, baza inflyasiyada əhəmiyyətli bir yaxşılaşma gördüyünü, lakin qələbəni elan etmək üçün hələ tez olduğunu qeyd edib.
Makroiqtisadi məlumatlar tərəfində, Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı güvən indeksi avqust ayında 69.5 bəndə qədər azalıb.
Ötən həftənin son ticarət günü 104.52 bənd həddinə kimi yüksələn dollar indeksi, burada müqavimətlə qarşılaşaraq, bir qədər geriləyərək həftəni bu 104.30 bənd həddində başa vurdu.
Cari həftə ərzində isə Amerikada dərc olunacaq ÜDM-in həcmi və əmək bazarı, xüsusilə də NFP göstəriciləri DXY-da tendensiyanın gedişində həlledici rol oynaya bilər.
EUR
Ötən həftənin son ticarət günündə 1.0765 həddinə kimi ucuzlaşan EUR/USD məzənnəsi günün sonuna doğru bir qədər bahalaşaraq həm günlük həm də həftəlik .amı 1.08$ civarında tamamladı. Əgər “ayılar” məzənnənin qiymətini 1.08$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2577 hədlərində başa vuran GBP/USD məzənnəsində tendensiyanın formalaşmasında Amerikadan açıqlanacaq əmən bazarı göstəriciləri və ÜDM-in həcmi, eyni zamanda Avrozonada və Almaniyada dərc olunacaq inflyasiya səviyyəsinə dair statistik rəqəmlər həlledici rol oynaya bilər.
Cari ticarət həftəsi ərzində Amerikada açıqlanacaq “Conference Board” İstehlakçı inamı İndeksi, “JOLTS” Vakant İş Yerləri Hesabatı, Şəxsi xərclərin həcmi kimi inflyasiya rəqəmləri, eləcə də, Kanadada və Türkiyədə ümumdaxili məhsulun həcmi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
4 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda

























