Rüşvət ilə gömrükdən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib
Gömrüyün rüşvət alan vəzifəli şəxsləri ifşa edilib. 10 min rüşvətə, 60 min manatlıq məhsullar keçirilib.Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev və digər şəxslərin qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Marja.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
Qeyd edilib ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, əldə edilmiş ilkin sübutlarla Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdurəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.
İş üzrə toplanmış sübutlar əsasında Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin Məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib, Malik Əliyev barəsində məhkəmənin qərarilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
14 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
31 d. əvvəl
Dünya FED-in qərarını gözləyir – 100 iqtisadçıdan 94-ü eyni fikirdədir
- 34 d. əvvəl
-
42 d. əvvəl
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
- 50 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Dünyanın aviasiya nəhəngində istehsal problemi – İnvestorlar səhmləri satırlar
-
9 saat əvvəl
Çin avtomobili Böyük Britaniya bazarında Tesla və Ford-u geridə qoydu – Satışlarda birinci oldu
-
9 saat əvvəl
Coca-Cola milyardlar qazanır - 3 ayda 13,4 milyard dollarlıq satış, 4 milyard dollar mənfəət
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Almaniyanın avtomobil sənayesində mənfəət böhranı dərinləşir – “Mercedes-Benz” də proqnozunu aşağı saldı
Rəsmi məzənnələr açıqladı
Ən çox oxunanlar
Çin avtomobili Böyük Britaniya bazarında Tesla və Ford-u geridə qoydu – Satışlarda birinci oldu
Coca-Cola milyardlar qazanır - 3 ayda 13,4 milyard dollarlıq satış, 4 milyard dollar mənfəət
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
“PAŞA Bank”ın səhmlərinin qiyməti artmaqda davam edir
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi!


























