970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib

Azərbaycan xaricdən 761 milyon manata yaxın əczaçılıq məhsulu alıb. Azərbaycan daha az əczaçılıq məhsulu idxal edib, 39 milyon manata yaxın çox vəsait sərf edib. Azərbaycanın əczaçılıq məhsulları idxalının dəyəri dollar ilə ifadədə 447 milyon dolları keçib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 447 milyon 506 min ABŞ dolları dəyərində 12 min 70 ton əczaçılıq məhsulu idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın əczaçılıq məhsulları idxalının fiziki həcmi 2 min 680 ton və ya 18,2% azalsa da, dəyəri 22 milyon 752 min dollar və ya 5,4% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 424 milyon 755 min dollar dəyərində 14 min 750 ton əczaçılıq məhsulu idxal edilmişdi.

İDXAL OLUNAN ƏCZAÇILIQ MƏHSULLARININ ORTA DƏYƏRİ 28,7% ARTIB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının bir tonunun orta statistik dəyəri 28 min 796 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 37 min 75 dollara yüksəlib. Beləliklə, idxal olunan əczaçılıq məhsullarının bir tonunun orta statistik dəyəri 8 min 279 dollar və ya 28,7% artıb.

Qeyd edək ki, əczaçılıq məhsullarının orta statistik vahid dəyərinin dəyişməsinə idxal olunan məhsulların çeşidi, tərkibi və daha yüksək dəyərə malik preparatların idxaldakı xüsusi çəkisi də təsir göstərə bilər. Bu göstərici ayrı-ayrı dərman vasitələrinin satış qiymətinin eyni nisbətdə artması demək deyil.

ƏCZAÇILIQ MƏHSULLARININ İDXALININ DƏYƏRİ 760 MİLYON MANATI KEÇİB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın əczaçılıq məhsulları idxalının ümumi statistik dəyəri manat ifadəsində 760 milyon 761 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 38 milyon 678 min manat artıb.

Əczaçılıq məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 2,21%-dən 2,93%-ə yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan əczaçılıq məhsulları idxalı Azərbaycan dərman idxalı dərman idxalı 2026 Azərbaycana idxal olunan dərmanlar Azərbaycan əczaçılıq bazarı Azərbaycan dərman bazarı Azərbaycanda dərman qiymətləri əczaçılıq məhsullarının orta idxal dəyəri dərman idxalı xərcləri əczaçılıq məhsullarının idxal statistikası Azərbaycan əczaçılıq sənayesi Dövlət Gömrük Komitəsi
27.11.2026 18:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19