Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri

“Rail Trans Service” şirkəti qalib elan olunub. Azərbaycanda qara kürü istehsalı üzrə yeni layihə – 10 milyon manat investisiya. Neftçalada nəhəng balıqçılıq təsərrüfatı yenidən qurulacaq – 40 nohur bərpa ediləcək.
AzVak-mobil_resmin_ustu_31
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Rail Trans Service” dövlət müəssisəsini aldı. Neftçalada balıq və qara kürü istehsalına milyonlarla manat sərmayə yatırılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin balıqçılıq sektoruna aid olan dövlətə məxsus əmlak kompleksinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi yekunlaşdırılıb. Müsabiqə qalibi 10 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

Marja xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. Bu istiqamətdə investisiya müsabiqələri dövlət əmlakına sərmayənin cəlb olunması, istehsal potensialının bərpası, müasir texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması baxımından mühüm mexanizmlərdən biri hesab olunur.

Neftçala rayonu, Sübh kəndində yerləşən əmlak kompleksinin (keçmiş Kür-Ağzı Nərə Balıqartırma zavodunun) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinə bu ilin 21 oktyabr tarixində yekun vurulub. Həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub. 12 noyabr 2026-cı il tarixində müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 2,2 milyon manat məbləğində vəsaitin köçürülməsi, habelə 3 il ərzində müəssisəyə 10 milyon manat həcmində investisiya qoyuluşuna dair İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.

Həmin İnvestisiya Proqramı çərçivəsində investor tərəfindən kompleksdə təmir-tikinti işləri aparılacaq, 40 nohur tamamilə bərpa ediləcək, Qapalı Su Dövriyyəsi sistemi qurulacaq, yeni texnoloji avadanlıqlar quraşdırılacaq, törədici balıqlar, xammal, material, nəqliyyat vasitələri və texnikalar alınacaqdır.

Layihə çərçivəsində müxtəlif balıq və balıqçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Belə ki, nohur təsərrüfatında əsasən çəki, naqqa, qayabalığı və ağ amur, Qapalı Su Dövriyyəsində isə Sibir nərəsi və qara kürü istehsalının təşkili planlaşdırılır. Həmçinin müəssisədə soyudulmuş və hisə verilmiş balıq məhsullarının istehsalı da nəzərdə tutulur.

Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 150 iş yerinin yaradılması planlaşdırılır.

Sözügedən layihə ölkənin balıqçılıq sənayesinə özəl sərmayələrin cəlb edilməsi və sektorun müasir tələblər səviyyəsində inkişafı baxımından əhəmiyyətlidir. Müəssisənin yenidən qurulması ilə Neftçaladakı balıqartırma zavodunun istehsal potensialı artırılacaq, daxili bazarı balıq məhsulları ilə təmin etmək, həmçinin ixrac imkanı yaranacaq.

Neftçala balıqçılıq təsərrüfatı Neftçalada balıqçılıq zavodu Kür-Ağzı Nərə Balıqartırma Zavodu Rail Trans Service MMC Rail Trans Service özəlləşdirmə Neftçalada 10 milyon manatlıq investisiya Azərbaycanda balıqçılıq sənayesi Azərbaycanda qara kürü istehsalı Sibir nərəsi nərə balığının yetişdirilməsi balıqçılıq müəssisəsinin özəlləşdirilməsi dövlət əmlakının özəlləşdirilməsi 2026 investisiya müsabiqəsi Əmlak Məsələləri Dövlət Xidməti İqtisadiyyat Nazirliyi Neftçala Sübh kəndi Neftçalada yeni iş yerləri Neftçalada 150 iş yeri Qapalı Su Dövriyyəsi sistemi RAS balıqçılıq texnologiyası balıq nohurunun bərpası Azərbaycanda akvakultura balıq məhsullarının istehsalı balıq məhsullarının ixracı Azərbaycan qara kürüsü hisə verilmiş balıq məhsulları soyudulmuş balıq məhsulları balıqçılıq sektoruna özəl investisiyalar regionlarda yeni istehsal müəssisələri
27.11.2026 17:52
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19