Fond birjalarında mənfi tendensiya yaşanır - GÜNƏ BAXIŞ
Cari həftənin ilk günü ABŞ sessiyasındakı fasilədən istifadə edərək bahalaşan major valyutalar sonrakı günlərdə dollar qarşısında kəskin ucuzlaşmaları ilə diqqət çəkirlər. Lakin sürətlə dəyər itirən major valyutalarda hazırda divergensiyalar müşahidə olunur. Bu da dolların korrektiv olaraq ucuzlaşacağı ehtimalları yaradır.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) hələ uzun müddət faiz dərəcələrini yüksək hədlərdə sabit saxlayacağına dair narahatlıqların artması fonunda fond birjalarında mənfi tendensiya yaşanır.
Makroiqtisadi məlumatlara gəldikdə isə ABŞ-da xarici ticarət kəsiri iyulda aylıq müqatyisədə 2% artaraq 65 milyard dollara çatıb. İyulda ölkənin ixracı 1.6% artaraq 251.7 milyard dollar olduğu halda, idxalı 1.7 faiz artaraq 316.7 milyard dollar olub.
Ölkədə ipoteka (mənzil krediti) müraciətləri isə ipoteka faizlərinin azalmasına baxmayaraq, keçən həftə 1996-cı ilin dekabrından bu yana qeydə alınan ən aşağı səviyyəyə düşüb.
ABŞ-da Satınalma İdarəetmə İnstitutunun (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) avqust ayında xidmət sənayesində səkkizinci ay ardıcıl artıma işarə edərək, proqnozların üstündə, 54.5 bənd olaraq açıqlanıb.
Digər tərəfdən, FED ölkədə iqtisadi fəaliyyətin hazırkı vəziyyəti ilə bağlı qiymətləndirmələrin yer aldığı "Bej Kitab" hesabatını dərc edib. Hesabatda qeyd olunub ki, iyul və avqust aylarında iqtisadi artım "mülayim" olub və ölkə üzrə məşğulluq artımı yavaşlayıb.
Analitiklər ABŞ-da 2 illik xəzinə istiqrazlarının gəlirliliyinin 5% səviyyəsindən yuxarı olduğunu və artan xəzinə gəlirlərinin riskli aktivlər üzərində təzyiq yaratmağa davam etdiyini bildiriblər.
Xəzinə gəlirlərindəki artımın ehtimalların üzərində olan iqtisadi məlumatlarla üst-üstə düşdüyünü qeyd edən analitiklər, xidmət sektoru ilə bağlı güclü məlumatların da faiz dərəcələrinin daha da artırılması ehtimalı ilə bağlı narahatlıqları artırdığını bildiriblər.
Analitiklər ABŞ iqtisadiyyatının həm istehsal, həm də qeyri-istehsal sektorları üzrə son məlumatların qiymətlərin “səhv istiqamətdə” getdiyini göstərdiyini bildiriblər.
Son 3 ayın minimumlarına qədər geriləyən EUR/USD və GBP/USD məzənnələrindı eniş tendensiyası divergensiya ilə müşayət olunur. Bu da bu cütlüklərdə korrektiv artımların yaşanacağı ehtimallarını gücləndirir. Bu səbəbdən də satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə olunur. Hazırda müvafiq olaraq 1.0720 və 1.2500 hədlərində dalğalanan EUR/USD və GBP/USD məzənnələrində “ayılar” qiyməti 1.07$ və 1.25$ həddlərinin altına sala və bu səviyyənin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Bu gün Avrozonada açıqlanacaq ÜDM-in həcmi və Amerikada dərc olunacaq əmək bazarına dair göstəricilər valyuta birjalarında volatilliyin artmasına təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
17 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
6 saat əvvəl
Çin avtomobili Böyük Britaniya bazarında Tesla və Ford-u geridə qoydu – Satışlarda birinci oldu
-
6 saat əvvəl
Coca-Cola milyardlar qazanır - 3 ayda 13,4 milyard dollarlıq satış, 4 milyard dollar mənfəət
-
8 saat əvvəl
Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı
-
8 saat əvvəl
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
İqtisadiyyat Nazirliyi yeni layihəyə başlayır – İqtisadi Observatoriya yaradılır
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Coca-Cola milyardlar qazanır - 3 ayda 13,4 milyard dollarlıq satış, 4 milyard dollar mənfəət
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
“PAŞA Bank”ın səhmlərinin qiyməti artmaqda davam edir
Ən çox oxunanlar
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb – Kişilərin sayı isə azalır
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi





















