Azərbaycanın strateji valyuta ehtiyatları bu il 14.5 faiz artıma 67 milyard dollara çatıb
Sentyabrın 23-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.
Ölkənin iqtisadi inkişaf göstəriciləri barədə məlumat verən Ə.Əsədov bildirdi ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6%, qeyri-neft sənayesində isə 6% artım qeydə alınmışdır.
Hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır, strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatmış və ilin əvvəlindən 14.5% artmışdır.
2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.
Bildirildi ki, bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmış və büdcə gəlirləri 3.1 mlrd. manat və ya 10.1%, büdcə xərcləri isə 3.3 mlrd. manat və ya 9.8% artmışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatının yaradıldığı diqqətə çatdırılıb.
Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyən edilməsi ilə bağlı əsas çağırış və hədəflər barədə məlumat verilib.
Bu xüsusda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinin, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsinin, ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılmasınının, makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsinin önəmi vurğulanıb.
Diqqətə çatdırılıb ki, dövlət başçısının Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.
Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.
Vurğulandı ki, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcəkdir. Məhz bu baxımdan ortamüddətli dövrdə də Hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsinin olduğu bildirildi.
İclasda maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2024-cü il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran məsələlər haqqında məruzələri dinlənilib.
Daha sonra gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.
İclasa yekun vuran Baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə məlumat verib.
Ölkənin hərbi potensialının və dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulması, Böyük Qayıdışın təmin edilməsi, maliyyə sektorunda nizam-intizamın gücləndirilməsi, vergi və gömrük sahəsində islahatların davam etdirilməsi, daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin qarşıda duran digər prioritet layihələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
22 d. əvvəl
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
İqtisadiyyat Nazirliyi yeni layihəyə başlayır – İqtisadi Observatoriya yaradılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb – Kişilərin sayı isə azalır
-
5 saat əvvəl
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
-
6 saat əvvəl
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“PAŞA Bank”ın səhmlərinin qiyməti artmaqda davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb – Kişilərin sayı isə azalır
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Qızılın ucuzlaşması bitir? Avropa nəhəngindən açıqlama: “Qızıl bazarında ən pis mərhələ geridə qalıb”
Azərbaycan Çindən 4 yeni sərnişin qatarı alır – Bakıdan Xankəndi, Astara, Yalama və Mincivana qatarlar hərəkət edəcək
İrandan dünyanın ən böyük neft tankeri şirkətlərindən birinə xəbərdarlıq – 1 noyabrdan hüquqi tədbirlər görüləcək























