Baydendən İsrailə tam dəstək - GÖRÜNMƏMİŞ DƏSTƏK PAKETİ OLACAQ
ABŞ prezidenti Co Bayden İsrail-Həmas və Rusiya-Ukrayna müharibələri ilə bağlı mühüm açıqlamalar verib. Bayden, "İsrailə edilən hücumların Ukraynadakı vəhşiliyin əks-sədası olduğunu" qeyd edərək, konqresə İsrailin təhlükəsizliyi üçün görünməmiş dəstək paketi təqdim edəcəyini açıqlayıb.ABŞ prezidenti Co Bayden xalqa müraciət edib.
Marja.az xəbər verir ki, Baydenin açıqlamaları belədir: Bizim prioritetimiz ABŞ vətəndaşlarını təhlükəsiz şəkildə gətirməkdir. Qəzzada xəstəxanada partlayış olub. Biz günahsız fələstinlilərin yaşadıqlarına göz yuma bilmərik. Orada 20 illik müharibə gedirdi. Ukraynada da müharibə gedir. Oradakı kütləvi məzarlıqları da unutmadıq. Onların üzərində işgəncələrə məruz qalan meyitləri unutmamışıq. HƏMAS fərqli təhlükədir, lakin onlar eyni şeyi təmsil edirlər. HƏMAS-ın əsas məqsədi israilliləri öldürməkdir. HƏMAS fələstinlilərdən ət qalxanı kimi istifadə edir, fələstinliləri təmsil etmir.
Ukraynanın qələbəsi ABŞ-ın təhlükəsizliyi üçün də böyük əhəmiyyət kəsb edir. ABŞ-da və dünyada xaos yüksəlir. Biz Ukraynada güc qazanmaq üçün hərəkət etmirik. Putin NATO qüvvələrinin hər hansı birinə hücum edərsə, biz bütün NATO qüvvələrimizlə cavab verəcəyik.
İran Ukraynada Rusiyanı, İsrailə qarşı isə HƏMAS-ı dəstəkləyir. Terror təşkilatlarını dəstəkləyir. Biz Ukrayna və İsraildən üz döndərə bilmərik. Sabah mən Konqresə təcili büdcə sorğusu göndərəcəyəm. Mən Ukrayna və İsraili dəstəkləmək üçün büdcə planı tələb edəcəyəm. Dünyanı daha dinc etmək üçün. Bu, İsrailin təhlükəsizliyi üçün görünməmiş bir paket olacaq. Dəmir Qübbənin İsraili qorumasını təmin etmək və İsraili əvvəlkindən daha güclü etmək üçün nə lazımdırsa edəcəyik.
Biz dünən Netanyahu ilə görüşdük. İsrail mülki şəxslərin zərər görməməsini təmin edəcək. Qəzzadakı fələstinlilərə humanitar yardım göstəriləcək. HƏMAS bu yardıma toxuna bilməyəcək. Biz iki dövlətli həlldən uzaqlaşa bilmərik. Son illərdə nifrətə çox oksigen verilib. Həqiqətən də şok hadisələr baş verdi. Oktyabrın 7-də törədilən terror aktları yəhudi xalqının dərin yaralarını üzə çıxardı. Bilirəm ki, ABŞ-da müsəlmanlar çox qəzəblidirlər. Çünki İslamofobiyanın yenidən başladığını deyirlər. Nə antisemitizm, nə də islamafobiya olmamalıdır.
HƏMAS-ın İsrailə qarşı terror hücumları. Qəzzaya humanitar yardım lazımdır. Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi davam edir. Biz partiya və siyasətdən daha böyük qlobal dönüş nöqtəsindəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
13 d. əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
37 d. əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti son bir ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
1,1 milyon insanın pensiyası artırılacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi









.webp)








