Dövlət Vergi Xidməti 3-dən az işçisi olan mikro bizneslər üçün vergi güzəştində dəyişikliyin məqsədini açıqladı
"Təhlillər göstərir ki, mikro sahibkarlıq subyektləri elektron qaimə fakturaların (yəni xərc sənədlərinin) 87,8 faizini məhz mikro olmayan biznes subyektlərinə təqdim edirlər. Xərc sənədlərinin mütləq əksəriyyətinin məhz iş (xidmət) adı altında rəsmiləşdirildiyi, əməliyyatların işçi qüvvəsi və resursu olmadan baş verdiyi müşahidə olunur. Beləliklə, resursu və işçi qüvvəsi olmayan mikro sahibkarların digər biznes subyektlərinə irihəcmli əməliyyatlarla “iş, xidmət” göstərməsi nəticəsində dövlətin dəstək aləti hesab edilən vergi güzəştindən mikro olmayan sahibkarlar faydalanırlar"Dövlət vergi Xidməti Vergi Məcəlləsində mikro sahibkarlığa güzəştlərlə bağlı dəyişikliklər barədə məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir:
Məlum olduğu kimi, ölkədə aparılan sosial-iqtisadi siyasət çərçivəsində vergi sistemində həyata keçirilmiş islahatlar biznesdə şəffaflığın təmin edilməsi, dövlət-biznes münasibətlərinin aydın şəkildə qurulmasına hədəflənib. Vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində ciddi dəyişikliklər aparılıb, “kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində vergi nəzarəti mexanizmləri təkmilləşdirilib və biznesin fəaliyyətinə effektiv vergi nəzarətin qurulmasında rəqəmsallaşma genişləndirilib, vergi təşviq alətlərindən fəal istifadə edilib.
Mövcud vergi siyasəti təkcə fiskal deyil, eyni zamanda, mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Bu baxımdan dövlət vergi siyasətinin əsas istiqamətləri biznes subyektlərinin böyüməsini təşviq etməklə dayanıqlı vergi mühitinin formalaşması, rəqabət mühitinin qorunması üçün vergi intizamına əməl etməyən şəxslərə qarşı ciddi mübarizənin aparılması və biznesə təşviqlərin verilməsindən ibarətdir.
Bu xüsusda Vergi Məcəlləsinə bir sıra təşviqedici və tənzimləyici müddəalar daxil edilib ki, onlardan biri də mikro sahibkarlıq subyektlərinə tətbiq olunan vergi güzəştlərinə hədəfli yanaşmadır və bu güzəştlərdən məhz mikro sahibkarların faydalanmasıdır.
Dəyişikliyə səbəb olan hallar:
Ötən dövr üzrə aparılan monitorinqlər, habelə risk yaradan proseslərin analizi çərçivəsində aparılan təhlillər nəticəsində mikro sahibkarlıq subyektlərinin fəaliyyətində risklərin mövcud olduğu müəyyən edilib. Monitorinqlər və vergi nəzarəti tədbirləri zamanı belə subyektlərdə bu kimi vergi güzəştlərindən sui-istifadə halları müşahidə olunub və əməliyyatların əhəmiyyətli hissəsindən süni xərclərin ötürülməsi məqsədilə istifadə edildiyi, dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldıldığı müəyyənləşdirilib.
Təhlillər göstərir ki, mikro sahibkarlıq subyektləri elektron qaimə fakturaların (yəni xərc sənədlərinin) 87,8 faizini məhz mikro olmayan biznes subyektlərinə təqdim edirlər. Xərc sənədlərinin mütləq əksəriyyətinin məhz iş (xidmət) adı altında rəsmiləşdirildiyi, əməliyyatların işçi qüvvəsi və resursu olmadan baş verdiyi müşahidə olunur. Beləliklə, resursu və işçi qüvvəsi olmayan mikro sahibkarların digər biznes subyektlərinə irihəcmli əməliyyatlarla “iş, xidmət” göstərməsi nəticəsində dövlətin dəstək aləti hesab edilən vergi güzəştindən mikro olmayan sahibkarlar faydalanırlar.
Nəticədə, həmin güzəştdən müxtəlif formalarda sxemlər yaratmaqla vergidən yayınmağa çalışan vergi ödəyiciləri istifadə etdiyindən ədalətsiz rəqabət və vergi mühiti yaranır ki, bu da dövlət vergi orqanları ilə intizamlı vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir.
Dəyişikliyin məqsədi:
Mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. Mikro sahibkar həm də işəgötürəndir və iş yeri yaradır. Vergi güzəşti sahibkarın təkcə mikro sahibkarlıq subyekti olmasına görə deyil, əsas hədəflərdən biri kimi həm də iş yerinin yaradılması ilə bağlıdır.
Bu baxımdan hədəfli vergi güzəşti mikro sahibkarlıq subyektinin işçi meyarının 30 faizinin (yəni 10 nəfər işçi meyarından 3 nəfər) ödənildiyi halda tətbiq olunur. Bu, həm mikro sahibkarları iş yeri yaratmağa təşviq edir, həm də qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılmasında iştirak edən, habelə mikro sahibkarlıq subyekti olmayan biznesə “süni xərc” ötürən, onların vergidən yayınmasına şərait yaradan “mikro sahibkarlar”ın destimullaşması ilə nəticələnir.
Digər tərəfdən, dəyişikliklər rəsmiləşdirilməyən faktiki işçilərin rəsmiləşməsini təşviq edəcək.
Beləliklə, vergi güzəşti yanaşması baxımından əldə etdiklərimiz:
- Vergi güzəştləri məşğulluq yaradan mikro sahibkarlara tətbiq edilir;
- Rəsmiləşdirilməmiş faktiki işçilərin rəsmiləşməsi baş verir;
- Pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən “mikro sahibkarlar” destimullaşdırılır.
Reallıqda işçisi olmayan, yaxud 3-dən az işçisi olan mikro sahibkarlıq subyektlərinin vergi güzəşti ləğv edilirmi?
3-dən az işçi sayı olan mikro sahibkarların vergi güzəştləri ləğv edilmir, təxirə salınır. Vergi siyasətindəki 3 yanaşmadan biri də məhz biznes subyektlərinin böyüməsini təşviq etməkdir. 3 işçi sayı ilə bağlı meyara cavab verməyən, fərdi qaydada fəaliyyət göstərən sahibkarlara bizneslərini böyütməsi müqabilində, istifadə etmədikləri 75 faizlik vergi güzəştinin yenidən tətbiqi nəzərdə tutulur. Mikro sahibkar fəaliyyətini böyüdərək kiçik sahibkarlıq subyektinə (yaxud orta və ya iri) çevrildikdə, onun əldə etmədiyi vergi güzəştləri son 3 il üzrə cəmlənməklə dövlət büdcəsinə ödəməli olduğu vergilərdən çıxılacaq.
Bu isə güzəştlərin ləğv olunduğunu deyil, cəmlənməklə “hədəfli şəkildə təxirə salındığını” göstərir.
Əldə ediləcək nəticələr:
- mikro sahibkarlıq subyektlərindən kiçik sahibkarlıq subyektlərinə keçid edənlərə güzəştlərin verilməsi biznesin böyüməsini təşviq edir;
- mikro biznesin davamlı fəaliyyət göstərməsi və biznesin “süni şəkildə” bir müddətdən sonra yeni sahibkarlıq kateqoriyasına (kiçik, orta və s) adi edilməməsi məqsədilə bir şəxsin adından başqa şəxsin adına dəyişməsinin və real olmayan “yeni sahibkarların” yaradılmasının qarşısı alınır.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
10 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
10 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib




















