Neft ölkələrini məyus edəcək inqilabi qərar
Bir sıra Avropa ölkələrinin ardınca dünyanın ən böyük üçüncü neft idxalçısı Hindistan da benzindən imtina edir
Hindistan hökumətinin yeni planları çərçivəsində, 2030-ci ildən etibarən Hindistanda satılan hər bir avtomobil elektromobil olacaq. Hindistan hökumətinin bu qərarı ekoloqları sevindirib, neft şirkətlərini isə məyus edib.
"Marja" xəbər verir ki, 2030-cu ilə qədər Hindistan elektromobil istehsalını və alışını təşviq edəcək.
Hava çirklənməsi ölkənin ən böyük problemlərindən biridir. Ölkədə hər il bu səbəbdən 1.2 milyon insan həyatını itirir.
Sürətli böyüyən Hindistan iqtisadiyyatı dünyanın ən böyük üçüncü neft idxalçısı mövqeyindədir. Ölkə hər il neftə 150 milyard dollar pul tökür. Buna görə də, elektrikli avtomobillərə keçid, neft tələbini də əhəmiyyətli dərəcədə aşağı salmış olacaq. İnqilab xarakterli bu qərarın Hindistan iqtisadiyyatına 2030-cu ilə qədər 60 milyard dollar qənaət təmin etməsi gözlənilir.
Dünyanın ən çirkli havasına sahib 20 şəhər arasında Hindistandan 13 şəhər yer alıb.
Verilən proqnozlara görə, elektrikli avtomobillərdən istifadə Hindistandakı karbon emissiyalarının 2030-cu ilə qədər 37 faiz azalmasına səbəb olacaq.
NEFT ŞİRKƏTLƏRİNİN GƏLƏCƏYİ QEYRİ-MÜƏYYƏNDİR
Hindistanın elektrikli avtomobil planları formalaşdıqca, neft ixracatçıları bölgədəki neft tələbinə dair yeni hesablamalar aparmalı olacaqlar. BP bundan bir müddət əvvəl yaydığı hesabatda, 2015-ci ildə 900 milyon ədədə çatan benzin mühərrikli avtomobil donanmasının, 2035-ci ildə 1.7 milyona çatacağını proqnoz etmişdi. Bu artımın 90%-nin OECD üzvü olmayan Hindistan və Çin kimi ölkələrdə baş verəcəyini qeyd edilmişdi. Hindistanın elektrikli avtomobil planları ilə yanaşı, alternativ yanacaqlar ilə işləyən avtomobillər Çinin də gündəmindədir. Bu gün Çində illik avtomobil satışı 35 milyon ədədə çatır. Ölkə, 2025-ci ilə qədər bu satışların ən azı beşdə birinin alternativ yanacaqla işləyən avtomobillərin ibarət olmasını hədəfləyir.
Neft şirkətləri, elektrikli avtomobillərin sektora edəcəyi təsirə dair hələ dəqiq bir açıqlama verməməyi üstün tuturlar. Onsuz da özləri də dəqiq bir fikrə sahib deyillər.
Amma qəti olan budur ki, ən böyük neft istehlakçıları olan Hindistan və Çindəki hadisələr, sektorun gələcəyini müəyyənləşdirmək baxımından çox təsirli olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
1 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
























