İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun 50 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Qiymətli kağızın ISIN kodu: AZ2082008684
Emissiya həcmi: 50,000,000 manat
Nominal qiyməti: 1,000 manat
Hərrac qiyməti: 1,000 manat
İstiqrazların tədavül müddəti: 7200 gün
Faiz dərəcəsi: 3,25 %
Faiz gəlirinin ödəniş müddəti:180 gündən bir (6 aydan bir)
Anderrayter: “Unicapital İ.Ş” ASC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 saat əvvəl
Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb
-
4 saat əvvəl
“AZZA”nın qidalarının daşınma zamanı təravətli qalmasının sirri məlum olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"SuperToys" şirkətindən analar və uşaqlara sürpriz - FOTOLAR
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell "F1 Star" - Azərbaycanda ən sürətli sabit internetini təqdim edir
-
7 saat əvvəl
"EKOLİZİNQ"in dollar istiqrazları Birjada listinqə daxil edilib
-
7 saat əvvəl
Azərbaycan bankının Türkiyədəki törəməsinin Bakıda istiqrazları yerləşdiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl