“AzerGold” təbii sərvətlər axtarışını genişləndirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizdə əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı, resurslarının qiymətləndirilməsi, istismara cəlb edilməsi, fəaliyyətdə olan mədənlərin resurs potensialının artırılması məqsədilə aktiv və çoxprofilli geoloji tədqiqatlarını davam etdirir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, tədqiqatlar 3 istiqamətdə – QSC-nin idarəetməsinə verilən filiz sahələri; ölkə ərazisində ümumi geoloji axtarış proqramı; Qarabağ və Şərqi Zəngəzurda mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi üzrə həyata keçirilir.
Birinci istiqamət üzrə hazırda “AzerGold” QSC Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ortakənd” qızıl yatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərinin optimallaşdırılması üzrə tədqiqatlar aparır.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının dağətəyi sahələrində, eləcə də Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında aktiv geoloji tədqiqatlar aparılır. Perspektivli sahələrin daha qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılması məqsədilə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə edilir. Yüksək effektlə tətbiq edilən bu tip axtarış-qiymətləndirmə işləri çərçivəsində 2022-ci ildə “AzerGold” QSC tərəfindən Şərqi Zəngəzurun Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahəsində hiperspektral peyk çəkilişləri həyata keçirilib.
Digər geoloji fəaliyyət istiqaməti üzrə, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrasını davam etdirir. Ötən illərdə Ekologiya və Təbii Sərvətlərin Nazirliyi ilə birgə ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivi yenilənib, SSRİ dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanan statisik məlumatlar elektronlaşdırılıb, geoloji xəritə və qrafik əlavələr isə rəqəmsallaşdırılıb. Beləliklə, hər bir yataq üzrə məlumat bazası yaradılıb. Bununla belə, SSRİ dövrünə aid məlumatların müasir dövrün texnoloji potensialını, yüksək metal qiymətlərini tam əks etdirməməsi ölkə ərazisində yenidən geoloji tədqiqatların aparılmasını zəruri edib. Bu məqsədlə Səhmdar Cəmiyyət 2024-cü ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını əhatə edən 2566 km2 sahədə hiperspektral peyk çəkilişlərinin icrasına başlayıb. Həmçinin Daşkəsən, Göygöl və Goranboy rayonlarının ərazilərini əhatə edən 1890 km2 sahədə helikopter vasitəsilə aeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinə start verilib. Bundan başqa, növbəti illərdə Şuşa, Xocalı və Ağdərə rayonlarında sözügedən metodlar vasitəsilə axtarış-qiymətləndirmə işlərinə başlanılması nəzərdə tutulub. Ümumilikdə tədqiqatlar 3 mərhələ, o cümlədən axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat işləri və dəqiq kəşfiyyat işlərini əhatə edəcək.
Sözügedən Sərəncama uyğun olaraq potensial minerallaşma sahələrində aparılacaq tədqiqatlar nəticəsində yataqların geoloji modelləri tərtib ediləcək, mövcud ehtiyatlar beynəlxalq JORC (Joint Ore Reserves Committee – Birgə Filiz Ehtiyatları Komitəsi) standartlarına uyğun yenidən hesablanacaq, bununla perspektivli minerallaşma sahələri müəyyənləşdiriləcək. Yataqlar üzrə əhatəli tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar hasilat prosesinin təşkili məqsədilə dövlət tərəfindən seçiləcək əməliyyatçı şirkət-investora təqdim ediləcək.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. “AzerGold” QSC 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətin yürütdüyü siyasətə dəstəyini göstərməyə davam edir.
Sənaye əhəmiyyətli resurslara malik yeni yataqlar dövlət tərəfindən milli operator şirkəti olan “AzerGold” QSC-nin idarəetməsinə həvalə olunduqda, istismar fəaliyyətinin bir hasilat sahəsindən yeni sahələr üzrə şaxələndirilməsinə, nəticə etibarı ilə şirkətin iqtisadi inkişaf tempinin bərpasına və qorunmasına səbəb olacaqdır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
9 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək






























