Türkiyə elektron ticarət ilə xaricdən alınan mallara görə vergiləri artırdı
Türkiyədə elektron ticarətdə qiyməti 30 avrodan aşağı olan mallar Avropa ittifaqından gəlirsə 30 faiz, digər ölkələrdən gəlirsə 60 faiz vergi tətbiq ediləcək.
Marja xəbər verir ki, 4458 saylı Gömrük Qanununun Bəzi Maddələrinin Tətbiqinə dair Qərarda Dəyişiklik edilməsinə dair Prezidentin Fərmanı "Rəsmi Qəzet"də dərc olunub.
Müvafiq olaraq, fiziki şəxsə poçt və ya sürətli yük daşımaları ilə gələn və kommersiya xarakteri daşımayan, dəyəri 30 avrodan çox olmayan mallar və dəyəri 1500 avrodan çox olmayan əczaçılıq malları birbaşa Avropa Birliyi ölkələrindən gələrsə 30 faiz, digər ölkələrdən gələrsə 60 faiz vergi tutulacaq. Hazırda Avropa Birliyi ölkələrində alınan mallara görə vergi 18%, digər ölkələrdən alınan mallara 30% təşkil edir.
Bundan əlavə, 4760 saylı Xüsusi İstehlak Vergisi Qanununa əlavə edilmiş IV nömrəli siyahıya daxil edilmiş mallar üçün yuxarıda göstərilən dərəcələrə əlavə olaraq 20 faiz birdəfəlik vergi tutulacaq.
Qərar 15 gündən sonra qüvvəyə minəcək.
Türkiyədə elektron ticarət geniş yayılıb. Çox vaxt yerli sakinlər Amazon, AliExpress, Temu kimi platformalar vasitəsilə xaricdə mal alırlar.
Türkoyənin Ticarət naziri Ömer Bolat Çinin bəzi internet saytlarından ucuz məhsulların idxalı və satışı ilə bağlı olaraq, "Lazımi qərarları qəbul etmişik, tezliklə görəcəksiniz" demişdi.
Türkiyə Banklararası Kart Mərkəzinin (BKM) məlumatlarına görə, 2024-cü ilin 6 ayında ölkədaxili kartlarla xaricdə edilən onlayn alış-veriş əməliyyatlarının sayı 17 faiz, bu əməliyyatların ümumi məbləği isə 95 faiz artıb.
BKM-nin açıqladığı rəqəmlərə görə, 2024-cü ilin yanvar-iyun dövründə yerli kartlar ilə xaricdə edilən onlayn alış-verişin məbləği 100 milyard TL-yə yaxınlaşıb. 2023-cü ilin eyni dövründə bu məbləğ 48 milyard TL idi.
Bildirilir ki, e-ticarətdə vergi tənzimləməsi Uzaq Şərqdən Temu və AliExpress kimi platformalarda, Avropadan isə Amazon kimi platformalarda son zamanlarda edilən alış-verişin artım tempini azaltmaq üçün edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








