“Təfəkkür” Universitetinin prorektorunun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı məhkəmə başlayır
Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. İş hakim Həsən Əhmədovun icraatına verilib.
İlkin baxış iclası avqustun 15-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.
© APA
Müştərilərin xəbərləri
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
2 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 5 d. əvvəl
-
13 d. əvvəl
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
- 26 d. əvvəl
-
54 d. əvvəl
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı
-
1 saat əvvəl
ABŞ-ın təzyiqləri fonunda Türkiyədən İranla mühüm qaz razılaşması
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib
-
2 saat əvvəl
10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı
ABŞ-ın təzyiqləri fonunda Türkiyədən İranla mühüm qaz razılaşması
Ən çox oxunanlar
İdxalı 3 il müddətində ƏDV və gömrük rüsumlarından azad ediləcək dartıcı, qoşqu və yarımqoşqular müəyyənləşir
Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib
10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb
Azərbaycan xaricdən 436 milyon manatlıq bitki yağları alıb

























