970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan xaricdən 1,2 milyon tondan çox buğda alıb - 1 tonunun orta dəyəri 358 manata düşüb

Azərbaycan daha çox buğdanı daha aşağı orta dəyərlə idxal edib. Azərbaycana idxal olunan buğdanın bir tonunun orta dəyəri 358 manata düşüb. Buna baxmayaraq, Azərbaycanın buğda idxalına sərf etdiyi vəsait 60,6 milyon manat artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan xaricdən 1,2 milyon tondan çox buğda alıb - 1 tonunun orta dəyəri 358 manata düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 253 milyon 332 min ABŞ dolları dəyərində 1 milyon 203 min 526 ton buğda idxal olunub.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın buğda idxalı fiziki həcm ifadəsində 193 min 912 ton və ya 19,2%, dəyər ifadəsində isə 35 milyon 641 min dollar və ya 16,4% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 217 milyon 691 min dollar dəyərində 1 milyon 9 min 614 ton buğda idxal edilmişdi.

Reklam_3_11

İDXAL OLUNAN BUĞDANIN ORTA DƏYƏRİ AZALIB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 215,62 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 210,49 dollara düşüb. Beləliklə, idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 5,13 dollar və ya 2,4% azalıb.

Manat ifadəsində idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 366,55 manatdan 357,83 manata düşüb.

BUĞDANIN ÜMUMİ İDXALDA PAYI ARTIB

2026-cı ilin ilk 10 ayında buğdanın Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 1,13%-dən 1,66%-ə yüksəlib. Buğdanın Azərbaycanın yeyinti məhsulları idxalının ümumi dəyərində xüsusi çəkisi isə 10,3%-dən 10,9%-ə çatıb.

Cari ilin ilk 10 ayında Azərbaycanın buğda idxalının ümumi statistik dəyəri manat ifadəsində 430 milyon 664 min manat təşkil edib.

Azərbaycan buğda idxalı buğda idxalı 2026 Azərbaycana idxal olunan buğda idxal buğdasının qiyməti buğdanın orta idxal dəyəri Azərbaycan taxıl bazarı Azərbaycan buğda bazarı Azərbaycan ərzaq təhlükəsizliyi buğda idxalının artması Azərbaycanın buğda idxalı xərcləri Dövlət Gömrük Komitəsi Azərbaycan taxıl idxalı
27.11.2026 12:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19