970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanın alüminium ixracından gəlirləri 39% artaraq 244 milyon dolları keçib

Azərbaycanın alüminium məhsullarının ixracından gəlirləri 68,7 milyon dollar artıb
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın alüminium ixracından gəlirləri 39% artaraq 244 milyon dolları keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 244 milyon 132 min ABŞ dolları dəyərində 69 min 290 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın alüminium və ondan hazırlanan məmulatlar üzrə ixracı fiziki həcm ifadəsində 7 min 177 ton və ya 11,6%, dəyər ifadəsində isə 68 milyon 700 min dollar və ya 39,2% artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 175 milyon 432 min dollar dəyərində 62 min 113 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilmişdi.

İXRAC OLUNAN MƏHSULLARIN ORTA STATİSTİK DƏYƏRİ 24,7% ARTIB

Marja.az-ın Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan alüminium və ondan hazırlanan məmulatların bir tonunun orta statistik dəyəri 2 min 824 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 3 min 523 dollara yüksəlib.

Beləliklə, ixrac olunan məhsulların bir tonunun orta statistik dəyəri təxminən 699 dollar və ya 24,7% artıb.

Rəqəmlər göstərir ki, Azərbaycanın alüminium və ondan hazırlanan məmulatların ixracının dəyərindəki artım həm ixracın fiziki həcminin genişlənməsi, həm də məhsulların orta statistik vahid dəyərinin yüksəlməsi hesabına formalaşıb.

AZƏRBAYCAN MƏNŞƏLİ ALÜMİNİUM MƏHSULLARININ İXRACI 36,7% ARTIB

Dövlət Gömrük Komitəsinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracına dair ayrıca statistikasına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədən 237 milyon 111 min dollar dəyərində 67 min 818 ton Azərbaycan mənşəli alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

2025-ci ilin eyni dövründə Azərbaycan mənşəli bu məhsulların ixracı 173 milyon 495 min dollar dəyərində 61 min 579 ton təşkil etmişdi.

İllik müqayisədə Azərbaycan mənşəli alüminium və ondan hazırlanan məmulatların ixracı fiziki həcm ifadəsində 10,1%, dəyər ifadəsində isə 63 milyon 616 min dollar və ya 36,7% artıb.

Azərbaycan mənşəli alüminium və ondan hazırlanan məmulatların Azərbaycan mənşəli qeyri-neft məhsullarının ümumi ixracında xüsusi çəkisi 6,49%-dən 7,44%-ə yüksəlib.

Cari ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan alüminium və ondan hazırlanan məmulatların ümumi statistik dəyərinin 97,1%-ni Azərbaycan mənşəli məhsullar təşkil edib.

Hesabat dövründə Azərbaycanın alüminium və ondan hazırlanan məmulatların ümumi ixracının statistik dəyəri manat ifadəsində 415 milyon 24 min manat təşkil edib.

Azərbaycan alüminium ixracı Azərbaycan alüminium ixracı 2026 alüminium və ondan hazırlanan məmulatlar Azərbaycan alüminium istehsalı Azərbaycan alüminium sənayesi Azərbaycan mənşəli alüminium məhsulları alüminium ixracından gəlirlər alüminiumun ixrac qiyməti alüminium məhsullarının orta statistik dəyəri Azərbaycan metallurgiya sənayesi Azərbaycan əlvan metallurgiya sənayesi Azərbaycan sənaye məhsullarının ixracı Azərbaycan qeyri-neft ixracı Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı alüminium ixracının artması Azərbaycan alüminium bazarı Dövlət Gömrük Komitəsi 2026-cı ilin 10 ayında alüminium ixracı Azərbaycan xarici ticarət statistikası
27.11.2026 12:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19