Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İdxal olunan kərə yağı və digər süd yağlarının kiloqramının orta dəyəri 10,24 manata düşüb

Azərbaycana idxal olunan kərə yağı və digər süd yağlarının orta dəyəri ucuzlaşıb. Azərbaycan kərə yağı və digər süd yağlarının idxalına 33,5 milyon manat az vəsait sərf edib. Azərbaycanın kərə yağı və digər süd yağlarının idxalının dəyəri 13% azalıb
AzVak-mobil_resmin_ustu_31
İdxal olunan kərə yağı və digər süd yağlarının kiloqramının orta dəyəri 10,24 manata düşüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycana idxal olunan kərə yağı və digər süd yağlarının orta dəyəri 12,5% azalıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 128 milyon 434 min ABŞ dolları dəyərində 21 min 318 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı fiziki həcm ifadəsində 191 ton və ya 0,9%, dəyər ifadəsində isə 19 milyon 708 min dollar və ya 13,3% azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 148 milyon 141 min dollar dəyərində 21 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

İDXAL OLUNAN MƏHSULLARIN ORTA DƏYƏRİ AŞAĞI DÜŞÜB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların bir tonunun orta statistik dəyəri 6 min 887 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 6 min 25 dollara düşüb. Beləliklə, idxal olunan məhsulların orta statistik vahid dəyəri 12,5% azalıb.

Manat ifadəsində idxal olunan bu məhsulların bir kiloqramının orta statistik dəyəri 11,71 manatdan 10,24 manata düşüb.

İdxalın fiziki həcmində cüzi azalmanın qeydə alınmasına baxmayaraq, ümumi idxal dəyərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi əsasən orta statistik vahid dəyərinin azalması ilə əlaqədar olub.

Cari ilin ilk 10 ayında Azərbaycanın kərə yağı və süddən hazırlanmış digər yağların idxalının ümumi statistik dəyəri 218 milyon 337 min manat təşkil edib.

Azərbaycan kərə yağı idxalı kərə yağı idxalı 2026 Azərbaycana idxal olunan kərə yağı idxal kərə yağının qiyməti kərə yağının orta idxal dəyəri süd yağlarının idxalı Azərbaycanda kərə yağı qiymətləri Azərbaycan kərə yağı bazarı Azərbaycan süd məhsulları bazarı kərə yağı idxalının azalması Dövlət Gömrük Komitəsi Azərbaycan ərzaq idxalı
27.11.2026 12:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19