Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bank of Baku”nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib

AzVak-mobil_resmin_ustu_31
“Bank of Baku”nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank of Baku” ASC-nin İdarə Heyətinin sədrinin növbəti müddətə yenidən təyin olunması və Bankın Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri səhmdarların müzakirəsinə çıxarılıb.

Marja.az Bankın səhmdarlarına ünvanlanmış 23 noyabr 2026-cı il tarixli bildirişə istinadən xəbər verir ki, “Bank of Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı noyabrın 24-də keçirilib.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- “Bank of Baku” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsinə dair məsələ;

- “Bank of Baku” ASC-nin İdarə Heyəti üzvünün (sədrinin) növbəti müddətə yenidən təyin olunmasına dair məsələ.

Yığıncağın Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən Bankın Baş İdarəsində keçirilib.

Bankın Müşahidə Şurasının sədri Elçin İsayev tərəfindən imzalanmış bildiriş səhmdarlar - “Azpetrol Neft Şirkəti” MMC-yə, Türkiyənin “NAB Holding Anonim Şirkəti”nə, Elçin İsayevə və Hikmət İsmayılova ünvanlanıb.

Təqdim edilmiş sənədlərdə İdarə Heyətinin sədrinin hansı müddətə yenidən təyin olunmasının nəzərdə tutulduğu və Müşahidə Şurasının Əsasnaməsinə ediləcək dəyişikliklərin mahiyyəti açıqlanmayıb. 

Qeyd edək ki, yığıncağın keçirilməsi üçün müəyyən edilmiş tarix artıq keçib. Bununla belə, təqdim olunmuş sənədlərdə yığıncağın nəticələri və qəbul edilmiş qərarlar barədə məlumat yoxdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bank of Baku Bank of Baku ASC Bank of Baku İdarə Heyətinin sədri Bank of Baku sədrinin yenidən təyin olunması Bank of Baku sədrinin səlahiyyət müddəti Bank of Baku rəhbərliyi Bank of Baku Müşahidə Şurası Bank of Baku Müşahidə Şurasının Əsasnaməsi Bank of Baku səhmdarları Bank of Baku səhmdarlarının ümumi yığıncağı Bank of Baku 24 noyabr 2026 Bank of Baku növbədənkənar yığıncaq Elçin İsayev Hikmət İsmayılov Azpetrol Neft Şirkəti NAB Holding Bank of Baku korporativ idarəetmə Azərbaycanda bank rəhbərləri Azərbaycan banklarında təyinatlar bank sektorunda rəhbər vəzifələrə təyinatlar Azərbaycanın bank sektoru Bank of Baku son xəbərlər Azərbaycan bank xəbərləri 2026.
27.11.2026 10:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19