970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb

Azərbaycanın nar ixracı azalıb, orta ixrac dəyəri artıb. Cari ilin 10 ayında Azərbaycan xaricə 20 milyon dollara yaxın nar satıb. Azərbaycanın nar ixracı 19% azalıb. İxrac olunan Azərbaycan narının orta dəyəri 20%-ə yaxın artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 19 milyon 851 min ABŞ dolları dəyərində 17 min 324 ton nar ixrac olunub.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın nar ixracı fiziki həcm ifadəsində 4 min 60 ton və ya 19%, dəyər ifadəsində isə 641 min dollar və ya 3,1% azalıb.

2025-ci ilin ilk 10 ayında Azərbaycandan 20 milyon 492 min dollar dəyərində 21 min 383 ton nar ixrac edilmişdi.

İxrac olunan narın fiziki həcminin azalmasına baxmayaraq, məhsulun orta statistik vahid dəyərində nəzərəçarpacaq artım qeydə alınıb.

Marja.az-ın hesablamalarına görə, ötən ilin ilk 10 ayında ixrac olunan narın bir tonunun orta statistik dəyəri təxminən 958 dollar təşkil etmişdisə, cari ilin eyni dövründə bu göstərici 1 146 dollara yüksəlib.

Beləliklə, ixrac olunan narın bir tonunun orta statistik dəyəri təxminən 19,6% artıb.

Orta statistik vahid dəyərinin yüksəlməsi nar ixracının fiziki həcmindəki azalmanın ixracın ümumi dəyərinə təsirini əhəmiyyətli dərəcədə yumşaldıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan nar ixracı nar ixracı 2026 Azərbaycan nar istehsalı narın ixrac qiyməti Azərbaycan nar bazarı nar ixracından gəlirlər nar ixracının azalması Azərbaycan meyvə ixracı Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı Dövlət Gömrük Komitəsi
27.11.2026 08:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19