Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın azot gübrəsi ixracından gəlirləri 10 milyon dollardan çox azalıb

Azərbaycanın azot gübrəsi ixracı azalıb – Orta ixrac dəyəri 23% artıb . Azərbaycanın azot gübrəsi ixracı 119 min tona yaxın azalıb. Azərbaycan 10 ayda xaricə 143 milyon dollara yaxın azot gübrəsi satıb. İxrac olunan azot gübrəsinin orta dəyəri 23% artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri 10 milyon dollardan çox azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 142 milyon 810 min ABŞ dolları dəyərində 371 min 888 ton azot gübrəsi ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın azot gübrəsi ixracı fiziki həcm ifadəsində 118 min 626 ton və ya 24,2%, dəyər ifadəsində isə 10 milyon 239 min dollar və ya 6,7% azalıb.

Reklam_3_11

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 153 milyon 50 min dollar dəyərində 490 min 514 ton azot gübrəsi ixrac olunmuşdu.

İXRAC OLUNAN AZOT GÜBRƏSİNİN ORTA DƏYƏRİ YÜKSƏLİB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan azot gübrəsinin bir tonunun orta statistik dəyəri təxminən 312 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 384 dollara yüksəlib. Beləliklə, ixrac olunan azot gübrəsinin bir tonunun orta statistik dəyəri 72 dollar və ya 23,1% artıb.

İxrac olunan məhsulun orta statistik vahid dəyərinin yüksəlməsi ixracın fiziki həcmindəki kəskin azalmanın ümumi ixrac dəyərinə təsirini əhəmiyyətli dərəcədə kompensasiya edib.

2026-cı ilin ilk 10 ayında azot gübrəsinin payına Azərbaycanın kimya sənayesi məhsulları ixracının dəyərinin 47,6%-i, Azərbaycan mənşəli qeyri-neft məhsulları ixracının dəyərinin isə 4,48%-i düşüb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan azot gübrəsi ixracı azot gübrəsi ixracı 2026 Azərbaycan gübrə istehsalı Azərbaycan gübrə ixracı azot gübrəsinin ixrac qiyməti Azərbaycan kimya sənayesi azot gübrəsi ixracından gəlirlər Azərbaycan gübrə bazarı Azərbaycan sənaye ixracı Azərbaycan qeyri-neft ixracı Dövlət Gömrük Komitəsi
27.11.2026 08:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19