970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib

Azərbaycan xaricə 93,5 min ton az metanol satıb, 13,2 milyon dollar çox vəsait əldə edib. Azərbaycanın metanol ixracının miqdarı azalıb, dəyəri artıb
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 96 milyon 756 min ABŞ dolları dəyərində 284 min 12 ton metanol (metil spirti) ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın metanol ixracının fiziki həcmi 93 min 502 ton və ya 24,8% azalsa da, dəyəri 13 milyon 216 min dollar və ya 15,8% artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 83 milyon 540 min dollar dəyərində 377 min 514 ton metanol ixrac olunmuşdu.

İXRAC OLUNAN METANOLUN ORTA DƏYƏRİ 54% ARTIB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan metanolun bir tonunun orta statistik dəyəri təxminən 221 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 341 dollara yüksəlib. Beləliklə, ixrac olunan metanolun bir tonunun orta statistik dəyəri təxminən 119 dollar və ya 54% artıb.

Orta ixrac dəyərindəki artım metanol ixracının fiziki həcmindəki azalmanı kompensasiya etməklə yanaşı, ixracın ümumi dəyərinin yüksəlməsini təmin edib.

Cari ilin ilk 10 ayında metanolun payına Azərbaycanın kimya sənayesi məhsulları ixracının dəyərinin 32,3%-i, Azərbaycan mənşəli qeyri-neft məhsulları ixracının dəyərinin isə 3,04%-i düşüb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan metanol ixracı metanol ixracı 2026 Azərbaycan metanol istehsalı metanolun ixrac qiyməti metil spirti ixracı Azərbaycan kimya sənayesi metanol ixracından gəlirlər Azərbaycan metanol bazarı Azərbaycan sənaye məhsullarının ixracı Azərbaycan qeyri-neft ixracı Dövlət Gömrük Komitəsi
27.11.2026 08:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19