Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
SAP süni intellektə keçid çərçivəsində 10 min iş yerini ixtisar edə bilərAvropanın ən dəyərli proqram təminatı şirkəti olan Almaniyanın SAP şirkəti süni intellekt yönümlü yenidən strukturlaşma çərçivəsində qlobal işçi qüvvəsini ən azı 9 faiz azaltmaq imkanını nəzərdən keçirir.
Marja.az xəbər verir ki, məhsulların hazırlanması, mühəndislik və satış bölmələrinə yönələn yenidən strukturlaşmanın miqyası həmkarlar ittifaqları ilə aparılacaq danışıqlardan sonra dəqiqləşəcək.
“Bloomberg”ə məlumat verən məsələyə yaxın mənbələrin sözlərinə görə, Almaniyanın proqram təminatı nəhəngi SAP fəaliyyətini süni intellekt dövrünün tələblərinə uyğunlaşdırmaq məqsədilə ən azı 10 min iş yerini ləğv etməyi planlaşdırır.
Danışıqların davam etməsi səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələr işçi ixtisarlarının miqyasının hələ tam müəyyən edilmədiyini və həmkarlar ittifaqları ilə aparılacaq danışıqlardan sonra dəyişə biləcəyini bildiriblər.
SAP-dan verilən açıqlamada şirkətin təşkilati strukturunu strategiyasına və müştərilərinin ehtiyaclarına uyğunlaşdırmaq üçün davamlı olaraq nəzərdən keçirdiyi qeyd edilib. Şirkət işçilərin ixtisarına dair planlarla bağlı şərh verməkdən yayınıb.
Məhsulların hazırlanması və satış strategiyası dəyişir
Mənbələrin sözlərinə görə, SAP rəhbərliyi yenidən strukturlaşma çərçivəsində məhsulların hazırlanması və satış üsullarını yenidən formalaşdırmağa davam edəcək. Bütün departamentlərə xərclərə qənaət imkanlarını müəyyən etmək tapşırılıb. Bu prosesdə xüsusilə məhsulların hazırlanması, mühəndislik və satış bölmələrinə diqqət yetirilir.
Süni intellekt məhsullarının bazara çıxarılması istiqamətində əvvəlki təşəbbüslərində problemlərlə üzləşən SAP-ın baş icraçı direktoru Kristian Klayn süni intellekt alətlərini şirkətin mövcud proqram təminatı məhsullarına inteqrasiya etməyi hədəfləyir.
Rəhbər heyətdə də dəyişikliklər baş verir
Klaynın süni intellekt yönümlü strategiyasına uyğun olaraq cari ildə idarə heyətini iki dəfə yenidən formalaşdıran SAP-da altı idarə heyəti üzvündən ikisi 2027-ci ilin mart ayında şirkətdən ayrılacaq.
Klayn müqaviləsinin müddəti mart ayında başa çatacaq, məhsulların hazırlanmasına cavabdeh olan rəhbər Məhəmməd Alamın vəzifələrinin böyük hissəsini bu il öz üzərinə götürüb.
İlin əvvəlində səlahiyyət dairəsi genişləndirilmiş satış üzrə rəhbər Tomas Saueressiq isə ötən həftə SAP-dan ayrılacağını və “Ionos Group”un baş icraçı direktoru olacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 46 d. sonra
- 3 d. əvvəl
-
20 d. əvvəl
Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
- 22 d. əvvəl
-
30 d. əvvəl
“Bank of Baku”nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib
-
57 d. əvvəl
Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq
-
59 d. əvvəl
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
-
1 saat əvvəl
Avtomobil nəhəngi Avropada istehsalı dayandırır - Çin avtomobillərinin rəqabət təzyiqi artır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
Ən çox oxunanlar
Avtomobil nəhəngi Avropada istehsalı dayandırır - Çin avtomobillərinin rəqabət təzyiqi artır
Azərbaycan neftinin son qiyməti
“AzInTelecom” X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş olub
Azərbaycanın çay idxalı ixracından 12 dəfə çox olub
“Azər Türk Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib



















