33 mindən çox investor Beynəlxalq Bankın səhmdarı oldu - İLK İPO TAMAMLANDI
Sifarişlərin həcmi nominal qiymət ilə (0,27 manat) 55 milyon 623 min 573,45 manat, reallaşdırılmış (yerləşdirilmiş) həcm isə, ortaçəkili qiymət ilə (0.2744 manat) 56 milyon 535 min 109,17 manat təşkil edib.24 sentyabr 2024-cü ildə Bakı Fond Birjasında "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Marja.az Birjaya istinadən xəbər verir ki, ABB səhmlərinə 3 aylıq abunə yazılışı prosesi ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb.
Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb.
Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur. Dövlət payı isə 92,18 faizə düşüb.
Qeyd edilib ki, ABB-də səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək.
Məlumata görə, say baxımdan, hər birinin nominal dəyəri 0,27 manat olan 322 000 000 ədəd səhmdən 206 013 235 ədədi və ya 64%-i yerləşdirilib. Ortaçəkili qiyməti 0.2744 manat təşkil edib.
Həcm üzrə isə, 86 milyon 940 min manat buraxılış həcmindən 56 milyon 535 min 109 manatlıq hissəsi və ya 65%-i yerləşdirilib.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Azərbaycan Beynəlxalq Bankı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1004004581
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 322 000 000 ədəd
İlkin ticarət qiyməti: 0,27 manat
Buraxılış həcmi: 86 940 000 manat
Minimal qiymət: 0,27 manat
Ortaçəkili qiyməti: 0,2744 manat
Yerləşdirilən q/k sayı: 206 013 235 ədəd
Reallaşdırılmış həcm: 56 535109,17 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 55 623 573,45 manat
İnvestor sayı: 33 710
Sifariş və əqdlərin sayı: 49,262
Anderrayter: “ABB-İnvest İ.Ş” QSC
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü il tarixində “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz Azərbaycan Beynəlxalq Bankıdır.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
7 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
8 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
8 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
9 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi



























