"Azərbaycanda buraxılan istiqrazların 80 faizdən çoxunun ödəmə müddəti 3 ildən artıq deyil"
"Daha bir narahatlıq doğuran məqam pərakəndə investorların sayının az olmasıdır".Azərbaycanda buraxılan istiqrazların 80 %-dən çoxunun ödəmə müddəti 3 ildən artıq deyil.
Bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.
"Daha bir narahatlıq doğuran məqam pərakəndə investorların sayının az olmasıdır. Bizim təşəbbüslərimizdən biri pərakəndə investorların bazar payını artırmaqdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, BFB, xüsusilə onun kapital bazarları ilə məşğul olan komandası bazar iştirakçıları, dövlət müəssisələri, iri, orta və kiçik şirkətlərə qədər bütün maraqlı tərəflərlə fəal ünsiyyət qurur:
“Biz ilk növbədə istiqraz bazarı haqqında maarifləndirməyə çalışırıq. Bazar iştirakçılarının əsas biliklərini gücləndirməklə, onların bəzilərini "yaşıl istiqraz"ların buraxılışına hazır olmasını təmin etməyi hədəfləyirik. Biz böyük layihələr icra edən iri şirkətlərlə fəal danışıqlar aparır, onlara istiqraz bazarına necə daxil ola biləcəklərini, bu bazarın necə işlədiyini izah edirik. O cümlədən mümkün "yaşıl istiqraz" emitentlərinə müxtəlif bazarlarda tətbiq edilən təcrübələri təqdim etməyə və bu məlumatları Azərbaycan bazarına inteqrasiya etməyə çalışdığımız zaman yerli investorların ehtiyac və tələblərinə uyğun olaraq müəyyən çətinliklər yaranır. Ona görə də yerli investorların ehtiyaclarını və bazar tələblərini təhlil edərək bu boşluqları aradan qaldırmağı hədəfləyirik".
"İnstitusional investorlar uzunmüddətli istiqrazlara investisiya qoymur".
Bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.
"BFB kapital bazarında qabaqcıl təşəbbüslərə diqqət yetirir. Bu təşəbbüslər ilk növbədə dövlət şirkətlərini, eləcə də özəl şirkətləri istiqraz bazarına cəlb etmək və bazarda daha geniş institusional investor bazası yaratmaq məqsədi daşıyır. İnstitusional investorlar əsasən maliyyə sektorunda cəmləşirlər. Bunlar, banklar və sığorta şirkətləridir. Ancaq bu investorlar qısamüddətli istiqrazlara investisiya qoyur", - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
7 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
8 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
8 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
9 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























