"Falcon Finance BOKT" da illik 15 faizlə borc alır
İstehlak kreditlərinin verilməsi fəaliyyətilə məşğul olan "Falcon Finance BOKT" MMC istiqraz buraxılışı yolu ilə 400 min manat cəlb etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, Bank Omayan Kredit Təşkilatı hər birinin nominal dəyəri 1000 manat olan 400 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxır.
18 ay tədavül müddəti olan istiqrazlar üzrə illik 15% gəlir təklif olunur. Faizlər investorlara ayda bir dəfə ödəniləcək.
Emissiyanın anderrayteri "PSG-Kapital İnvestisiya Şirkəti" ASC-dir.
2023-cü ilin sonunda "Falcon Finance BOKT"ın kredit portfeli 6 milyon manata yaxın olub. Şirkət ötən ili 309 min manat xalis mənfəət ilə başa vurub.
"Falcon Finance BOKT" MMC-nin payçıları Tağıyev Vüsal Nizami oğlu (50%) və Salmanova Brilyant Mirhəbib qızıdır (50%).
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
3 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
3 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
4 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
4 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi


























