Qlobal bazarlar nəfəsini tutdu
Sorğular ABŞ prezidentliyinə namizədlərin 5 noyabr seçkiləri ərəfəsində baş-başa olduğunu göstərdiyinə görə, maliyyə dünyası seçki gecəsi dəyişkənliyinə hazırlaşır. Dollar bu səhər ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən dəyərini itirib.Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi keçirilmiş sorğularda namizədlərin (Donald Tramp və Kamala Harris) baş-başa qalması dolların yeni həftənin ilk ticarət günündə dəyər itirməsinə səbəb olub.
Marja xəbər verir ki, Dollar indeksi və ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi, son həftələrdə iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Bu, Donald Trampın mümkün qələbəsinin qiymətlərdə əks olunması kimi şərh olunur. Dolların ucuzlaşmasına - yumşaq fiskal siyasət, yüksək gömrük tariflərinin fiskal kəsiri və inflyasiyanın artmasına səbəb olacağı gözləntisindən qaynaqlanır. Cümə günü 0,40% bahalaşan Bloomberg Dollar İndeksi bu səhər saat 08:54-ə qədər mənfi 0,63 faizlə əməliyyat olunub, çünki sorğular başa-baş nəticə göstərir. Dollar indeksi isə, 0,57% düşərək 103,7 səviyyəsinə geriləyib.
Seçki ilə bağlı proqnoz Meksika pesosunu dəstəkləsə də, avro və Avstraliya dolları dəyər qazanıb. ABŞ-da keçən həftə açıqlanan məlumatlar inflyasiyanın aşağı düşdüyü və məşğulluğun gözləniləndən daha yavaş olsa da artmağa davam etdiyi halda, iqtisadi artımın davam etdiyini göstərib. Wall Street indeksləri ötən həftənin son əməliyyat gününü artımla tamamlasa da, həftə ərzində dəyər itirib. Cümə günü müvafiq olaraq 0,41 faiz və 0,72 faiz bahalaşan S&P 500 və Nasdaq 100 həftə ərzində 1,37 faiz və 1,57 faiz ucuzlaşıb. Bu səhər fyuçers indekslərində yuxarıya doğru hərəkətlər müşahidə olunur.
Asiya fond bazarları Çin və Cənubi Koreyanın liderliyilə bahalaşıb. Cümə günü Wall Street indekslərinin artım tendensiyası da yüksəlişə təsir edib. Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin iclası həftə ərzində davam edəcək və mümkün təşviqedici addımlar izlənəcək. Yaponiyada maliyyə bazarları bu gün dövlət bayramı ilə əlaqədar bağlanıb.
OPEC+ dekabrda hasilatın artırılmasını bir ay təxirə salmağa razılaşsa da, İran İsrailə qarşı cavab hücumu ilə bağlı sərt açıqlamalar verib. WSJ-nin məlumatına görə, Tehran müttəfiqlərinə hücumun ABŞ-ın səsverməsindən sonra, lakin yanvarda inaqurasiyadan əvvəl baş verəcəyini və yalnız raket və pilotsuz təyyarələrlə məhdudlaşmayacağını bildirib. Bu hadisələrdən sonra Brent markalı neftin barel qiyməti 1,5 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
5 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
5 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
6 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
8 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























