Maska məxsus Tesla-nın bazar dəyəri Trampın qələbəsi sayəsində 1 trilyon dollar həddini keçib
Tesla-nın bazar dəyəri cümə günü güclü yüksəlişlə 1 trilyon dollar həddini keçərək tarixi səviyyəyə çatıb. Bu əhəmiyyətli artım, Tesla şirkətinin baş direktoru İlon Maskın (Elon Musk) ABŞ prezidentli seçilən Donald Trampı dəstəkləməsi nəticəsində şirkətin imtiyazlı mövqe qazana biləcəyi ilə bağlı gözləntilər ilə əlaqədardır.
Marja xəbər verir ki, investorların Tesla üçün bu optimist proqnozları şirkətin səhmlərinin bahalaşmasına səbəb olub. Elektrikli avtomobil istehsalçısının səhmləri cümə axşamı bağlanana qədər həftə ərzində 24,31 faiz dəyər qazanmışdır. Yalnız cümə günü səhmlər 8 faizdən çox bahalaşaraq 328,71 dollaradək yüksəlib ki, bu da son iki ildən çox müddət ərzində görünməmiş yüksək göstəricidir. Beləliklə, Tesla təxminən iki ildən sonra yenidən 1 trilyon dollarlıq bazar dəyərinə çatıb.
Dünən Tesla səhmləri 8,2% artımla 321,22 dollardan bağlanıb.
Reuters-ə danışan mənbələr iddia edir ki, ABŞ-ın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasını Tesla-nın sürücüyə yardım sistemləri ilə bağlı tənzimləyici qərarlarını təxirə sala və vəziyyət şirkətin planlaşdırdığı avtonom avtomobil texnologiyaları üçün daha müsbət hüquqi bazanın yaradılmasına gətirib çıxara bilər. Elon Musk əvvəllər qiyməti 30 000 dollardan aşağı qənətli model hazırlamaq planlarından imtina etmiş və resurslarını avtonom sürücülük texnologiyasına yönəltmişdi. Bununla belə, bu yeni texnologiyanın kommersiyalaşdırılması həm inkişaf çətinlikləri, həm də tənzimləyici maneələr səbəbindən yavaşlayıb.
CFRA Research-in baş səhm analitiki Garrett Nelson bildirib ki, bu seçki nəticələri Tesla üçün böyük fürsət yarada bilər. Nelsona görə, Maskın Trampı dəstəkləməsi şirkətin xüsusilə avtonom idarəetmə texnologiyası sahəsində daha sürətli tənzimləyici təsdiq almasına yol aça bilər.
Tesla-nın mənfəət marjasındakı artım, şirkətin oktyabrın sonunda açıqlanan son rüblük hesabatında aydın şəkildə görünüb. Bu artımın arxasında Tesla-nın Full Self-Driving adlı sürücüyə yardım proqramının davam edən güclü satışları dayanır. Bu proqram təminatının yüksək gəlirliliyi şirkətin səhm qiymətlərinə yuxarı təzyiq göstərir. Dünyanın ən dəyərli avtomobil istehsalçısı olan Tesla, Yaponiyanın Toyota Motor, Çinin BYD və digər mühüm şirkətlər arasında böyük bazar dəyəri fərqini qoruyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
5 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
5 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
6 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
8 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib























