Beynəlxalq maliyyə qurumu Azərbaycan bankına 20 milyon dollar kredit ayırdı
IFC "Bank Respublika"ya mikro, kiçik və orta sahibkarlara və aşağı gəlirli ev təsərrüfatlarına kreditlərin verilməsi və iqlimin maliyyələşdirilməsi layihələrinin genişləndirilməsi üçün 20 milyon dollar məbləğində kredit ayırır.Beynəlxalq Maliyyə Korporasiyası (IFC), mikro, kiçik və orta sahibkarlığın (MKOS), aşağı gəlirli ev təsərrüfatlarının maliyyəyə çıxışını artırmaq və ölkədə iqlimin maliyyələşdirilməsi təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycanın aparıcı maliyyə institutu olan "Bank Respublika"ya 20 milyon ABŞ dolları məbləğində yerli valyutada maliyyə vəsaiti ayırır.
Bu barədə İFC məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı öhdəsinə götürmüşdür; hal-hazırda isə bu məqsədə 2035-ci ilə çatmağı hədəf kimi təyin edib. Dünya Bankı Qrupunun Ölkə İqlimi və İnkişaf Hesabatına əsasən karbonsızlaşdırma və dayanıqlılığa nail olmaq üçün 2060-cı ilə qədər 44 milyard dollar və ya ildə təxminən 1,35 milyard dollar həcmində təxmin edilən əhəmiyyətli investisiyalar tələb olunacaq.
Maliyyə sektorunun artım üçün əhəmiyyətli potensial təqdim etməsi ilə bərabər sözügedən maliyyə ehtiyacları ilə daha sıx uyğunlaşmasına ciddi ehtiyac var. IFC, dayanıqlı inkişafın idarə edilməsində sektorun rolunu gücləndirmək üçün bu növ kreditləşdirmənin effektivliyini nümayiş etdirməyə çalışır. Sözügedən səyləri dəstəkləmək məqsədilə IFC-nin Bank Respublika-ya təqdim etdiyi yeni kreditin yarısı MKOS və aşağı gəlirli ev təsərrüfatlarının iqlimlə bağlı layihələrinə yönələcək.
İnvestisiya Dünya Bankı Qrupunun Azərbaycanla bağlı strategiyasına uyğundur və xüsusilə iqlimlə bağlı layihələr üçün maliyyəyə çıxışın yaxşılaşdırılmasına üstünlük verir. Ölkə hazırda COP29-a ev sahibliyi edir və iqlimin maliyyələşdirilməsini inkişaf etdirmək və dayanıqlığa əsaslanan islahatları təşviq etmək öhdəliyini nümayiş etdirir. Dayanıqlı investisiyaları istiqamətləndirmək və maliyyə fəaliyyətlərinin ekoloji məqsədlərə uyğunlaşdırılmaq üçün aydın çərçivə təmin etmək məqsədilə Dünya Bankı Qrupunun dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı bu yaxınlarda ölkədə ilk Yaşıl Taksonomiyanı işləyib hazırlamışdır.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə üzrə məsləhətlər, kiçik və orta sahibkarlıq və aqrobiznes də daxil olmaqla maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində 60-a yaxın layihəyə təxminən 900 milyon ABŞ dolları sərmayə qoymuşdur.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
21 d. əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 37 d. əvvəl
-
39 d. əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
1 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
-
1 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED faiz qərarını açıqladı
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Azərbaycanda yaşayış minimumu 14 manat artırılır
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















