"Sərt qanunvericilik və maliyyə standartlarına riayət edirik" - BANK SƏDRİ İLƏ MÜSAHİBƏ
Davit Tsiklauri: AccessBank həm müştərilərinin etibarını qoruyur, həm də əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradırAzərbaycanın bank sektoru sürətlə inkişaf edir və müştərilərin maliyyə ehtiyaclarını ödəmək üçün müxtəlif maliyyə həlləri, o cümlədən depozit növləri təklif olunur. Azərbaycanda 100% xarici səhmdarlara malik olan yeganə bank – Accessbank, hazırda müştərilərə bir neçə əmanət növləri təklif edir ki, onlardan ən maraqlısı “Əlverişli əmanət” məhsuludur. Burada müştəri əmanət faizindən gəlir əldə edir, üstəlik müddət limitlərindən azad olur.
AccessBank-ın depozit məhsulları barədə bankın İdarə Heyətinin Sədri Davit Tsiklauri danışıb.
- AccessBank müştərilərinə hansı depozit məhsullarını təklif edir?
- Hazırda AccessBank müştərilərinə üç depozit məhsulu təklif edir: Müddətli depozit, myGoal depoziti və Əlverişli depozit. Hər birinin özünəməxsus xüsusiyyətləri var və müxtəlif müştəri tələblərinə uyğun hazırlanıb.
- Müddətli depozit müəyyən müddətə əmanət yerləşdirib maksimal gəlir əldə etmək istəyən müştərilər üçün ideal seçimdir. Bu məhsul üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12%-ə qədər müəyyən olunub. Minimum məbləğ tələbinin aşağı olması isə bu məhsulu geniş müştəri bazası üçün əlçatan edir.
- myGoal (məqsədim) depoziti müəyyən məqsədlər üçün məsələn, daşınmaz əmlak almaq, səyahət etmək və ya avtomobil almaq üçün yığım etmək istəyən müştərilər üçün nəzərdə tutulub. Bu depozit əlavə ödənişlər etməyə imkan verir ki, bu da uzunmüddətli yığımlar üçün çox əlverişlidir. Yumşaq şərtlər və rəqabətə davamlı faiz dərəcələri bu məhsulu müştərilər üçün xüsusilə cəlbedici edir.
- Əlverişli depozit vəsaitlərinin istənilən vaxt əlçatanlığına üstünlük verən müştərilər üçün nəzərdə tutulub. Vəsaitlərin rahat şərtlərlə idarəedilməsi imkanı ilə bu depozit məhsulu ehtiyat fondu kimi istifadə oluna bilər. Bundan əlavə, müştərilər pul vəsaitlərini istənilən vaxt faizsiz və cəriməsiz götürə bilsələr də, qalıq vəsaitlərdən də faiz əldə edə bilərlər.
Ümumiyyətlə, məqsədimiz müştərilərimizə əmanətlərini həm qorumaq, həm də artırmaq üçün ən sərfəli şərtləri təklif etməkdir. Məhsul seçimi isə müştərinin maliyyə məqsədlərindən və şəxsi tələblərindən asılıdır. Biz fərdi yanaşma prinsipini tətbiq edir və müştərilərimizə ən uyğun seçim etməyə köməklik etməyə hazırıq.
-Hələ də öz əmanətlərini banklara etibar etməyən insanlar var. Onlara hansı çağırışlarla müraciət edərdiniz?
- Müştəri yığımlarının təhlükəsizlik və artım haqqı var! Banklar yalnız vəsaitləri qorumaq üçün etibarlı vasitə deyil, həm də pulun sahibinin xeyrinə işləməsi üçün bir imkandır. Pulları evdə saxlamaq əvəzinə, onları inflyasiyadan qorumaq və hətta ağıllı maliyyə həlləri ilə artırmaq mümkündür.
Banklara etibar etməyin üstünlükləri var: vəsaitlərin qorunması və sığortalanması - çünki əmanətlərin böyük əksəriyyəti dövlət tərəfindən sığortalanır; maliyyə savadlılığı - biz müştərilərə minimum risklərlə əmanət yerləşdirməyin yollarını izah etməyə hazırıq; rahatlıq və nəzarət - müasir texnologiyalar vasitəsilə əmanətləri onlayn şəkildə asanlıqla idarə etmək mümkündür. Düşünürəm ki, bu şərtlər pulları zəmanətsiz və artımsız evdə saxlamaqdan daha sərfəlidir.
- AccessBank müştərilərinin əmanətlərini necə qoruyur?
- Müştərilərimizin vəsaitlərinin qorunması bizim prioritet vəzifəmizdir. Təhlükəsizlik tədbirləri çərçivəsində sərt qanunvericilik və maliyyə standartlarına riayət edirik. Xüsusilə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə əsaslanırıq. "Əmanətlərin Sığortalanması" haqqında qanuna əsasən, müştərilərin əmanətləri dövlət tərəfindən qorunur və sığortalanan əmanətlər üzrə kompensasiya 100.000 manat təşkil edir. Manatla olan əmanətlər üçün sığorta faizi 12%, xarici valyutada olan əmanətlər üçün isə 2,5%-dir. Bu da o deməkdir ki, qanunda nəzərdə tutulan tələblərə uyğun olan vəsaitlər tam sığortalanır və itki riski istisna olunur.
Bundan əlavə, AccessBank ehtiyatların idarəedilməsində müvafiq qaydalara əməl etməklə likvidliyin idarəetmə prosesinə xüsusi diqqət yetirir ki, müştərilər qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər ehtiyatımız olsun. Bankın likvidlik göstəriciləri müntəzəm olaraq izlənilir və Mərkəzi Bankının tələblərinə uyğun olaraq tənzimlənir ki, bu da öz növbəsində maliyyə sabitliyini artırır.
Biz qanunvericiliyə və beynəlxalq standartlara riayət edilməsinə xüsusi önəm veririk və tənzimləyici orqanların bütün təlimatlarını yerinə yetirərək əməliyyatların şəffaflığını və etibarlılığını təmin edirik. Maliyyə göstəricilərinin daim izlənilməsi bizə çətin iqtisadi şəraitdə belə dayanıqlılığımızı qorumağa kömək edir.
- Depozit faizlərini yenidən nəzərdən keçirməyi planlaşdırırsınızmı?
- Depozitlər üzrə faiz dərəcələri əsasən bazar şərtlərindən, o cümlədən iqtisadi vəziyyətdən, inflyasiya səviyyəsindən və Mərkəzi Bankın pul siyasətindən asılıdır. Biz bu amilləri diqqətlə izləyirik ki, müştərilərimizə ən sərfəli şərtləri təklif edək. AccessBank hər zaman rəqabətədavamlı olmağa çalışır. Məqsədimiz müştərilərimizin gözləntilərinə uyğun, eyni zamanda bazar reallıqlarını əks etdirən cəlbedici faiz dərəcələri təklif etməkdir. Biz bazarı mütəmadi olaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki, müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək.
- Ətraflı müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
9 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
9 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
9 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
12 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib




























